Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Sabit Orucov küçəsində bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. “Sürücülərə alternativ olaraq Xocalı prospekti və Afiyəddin Cəlilov küçəsindən istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik” – deyə qurum bəyan edib.
Read More »Daha bir jurnalist koronavirusdan sağalıb
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusdan sağalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Aynur Nəsirova “Facebook” səhifəsində paylaşım edib. O, testinin nəticəsinin neqativ olduğunu bildirib: “Xəstəxana dövrü bitdi”. Qeyd edək ki, A.Nəsirova həm də “ARB24” televiziyasının baş redaktor müavinidir. İyulun 3-ü onun koronavirusa yoluxduğu haqqında məlumat verilmişdi.
Read More »Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq
Bundan sonra muzey yox, məscid kimi fəaliyyət göstərəcək Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı xalqa müraciətində bildirib. Türkiyə Prezidenti qeyd edib ki, abidəyə giriş ödənişli olması artıq ləğv edilib və bundan sonra da Aya Sofya bütün dinlərdən olan insanlar üçün hər …
Read More »Azərbaycanlı məhbuslar Cəfər və Milad İsməilzadə 3 günlük məzuniyyətə buraxıldılar
Boyukmillet.com xəbər verir ki, irqçi fars rejimin şərləyərək həbs etdiyi ata və oğul- Cəfər və oğlu Milad İsməilzadə rejimin Təbrizdə yerləşən zindaından 3 günlük məzuniyyətə buraxılıblar. Təbrizin mərkəzi zindanının 12-ci bölməsində saxlanılan azərbaycanlı milli fəallar iyulun 9-da məzuniyyətə buraxılıblar. Qeyd edək ki, azərbaycanlı milli fəallar Cəfər və Milad İsməilzadə iyunun 6-da rejimin Təbrizdə yerləşən məhkəməsinin hökmləri icra edən şöbəsinə çağırılaraq, …
Read More »İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşdığını bildirir
Boyukmillet.com xəbər verir ki, İranın İrəvanda akkreditə edilmiş səfiri Abbas Bədəxşan Zühuri Ermənistanın İsraildə səfirlik açmaqla bağlı qərarına münasibət bildirib. Ermənistanın İctimai Televiziya Şirkətinə verdiyi müsahibədə diplomat ölkəsinin İrəvanın qərarına hörmətlə yanaşdığını deyib. “Ölkəmin İsrailə qarşı mövqeyi uzun illərdir ki, hamıya məlumdur. Qonşularımızla problem yaratmamağa çox həssas yanaşırıq. Lakin İsrail həmişə bizim qonşularımızla olan gözəl münasibətlərimizi pozmağa cəhd göstərir. İran …
Read More »Azərbaycan ordusunda koronavirusa yoluxma var? – RƏSMİ
Azərbaycan ordusunda koronavirusa yoluxma halı qeydə alınmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.O qeyd edib ki, Azərbaycan ordusunda vəziyyət daim nəzarət altındadır.
Read More »Səkkiz şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı
Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir. …
Read More »“Facebook”da siyasi reklamlar qadağan edilə bilər
“Facebook” şirkətinin rəhbərliyi cari ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi sosial mediada siyasi reklamın qadağan edilməsini nəzərdən keçirir. Boyukmillet.com bu barədə “Bloomberg” mənbələrinə istinadən xəbər verir. Agentlik qeyd edib ki, mümkün qadağa hələ də müzakirə olunur. Bununla yanaşı, şirkət rəhbərliyi reklam qadağasının seçki kampaniyalarına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə, eyni zamanda yeni məlumatlara cavab …
Read More »Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəhimov Allahverdi Rəhim oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və üz-çənə nahiyəsinin əzikləri diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1.“Azərbaycan Respublikası İnzibati Xətalar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar