Rejissor Şamil Əliyevin “Çölçü” filmi Avstraliya, Nepal və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə doqquz mükafata layiq görülüb. Boyukmillet.xəbər verir ki, “Çölçü” filmi “Old Monk İnternational Film Festival”da (fevral-may 2020, Nepal–Katmandu) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi və ssenari), “Sand Dance International Film Festival”da (yanvar-may 2020, Hindistan–Racastan) 4 dörd kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi, operator və musiqi) …
Read More »Tanınmış yazıçı və hərbi jurnalist vəfat edib
Rusiyanın tanınmış fantast-yazıçısı və hərbi jurnalist Yevgeni Voyskunski vəfat edib. Boyukmillet.com xəbər verir ki, 98 yaşlı yazıçı ötən gecə dünyasını dəyişib. Qeyd edək ki, Yevgeni Voyskunski İkinci Dünya Müharibəsinə həsr etdiyi silsilə yazıları və romanları ilə tanınıb.
Read More »Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır
“Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır və hər gün klinik vəziyyətində müsbət dinamika davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib. O bildirib ki, B.Bağırzadə hələ trakeostoma vasitəsilə süni tənəffüs aparatında nəfəs alır: “Artıq ağciyər və bədənin reabilitasiyasına başlanılıb. Müalicə həkimləri və …
Read More »Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Open.az-a verilən məlumata görə, iyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanlıraq polis şöbəsinə gətirilib. Şöbədə aparılan müvafiq …
Read More »Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov kurslar zamanı kursantların müasir silah nümunələrindən döyüş şəraitində bacarıqla istifadə etmək vərdişlərinə yiyələnmələri üçün müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışların, bütün növ zirehli tank texnikalarından …
Read More »Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək
Bu gündən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib. Qərara əsasən, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Qeyd edək ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və …
Read More »On altı şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı
Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Boyumillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib. Qərara əsasən, həftəsonu – 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları …
Read More »Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 500 mini ötdü
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 137 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 502 965 test aparılıb. Aktiv xəstə sayı 8 212 nəfərdir, onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Read More »AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını aldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kq-a yaxın at əti aşkarlayıb. …
Read More »Qonaq getdiyi evdə özünü asdı
Saatlıda intihar hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Qıraqlı kəndində qeydə alınıb. Belə ki, rayonun Mollavazlı kənd sakini, 1967-ci il təvəllüdlü Rövşən Baladayı oğlu Əliyev qonaq getdiyi evdə özünü asaraq intihar edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar