Bazar ertəsi , 6 Aprel 2026

autor

Ərdoğan xarici səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Qətərə birgünlük işgüzar səfərə gedib.  Bu, R.T.Ərdoğanın dünyada koronavirus pandemiyası yayılmağa başlayandan sonra ilk xarici səfəridir. Onu maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir. Türkiyə prezidenti Qətər əmiri Şeyx Təmim bin Həməd …

Read More »

“Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib” – Sabiq millət vəkili

“Oğlanlarım ömrü boyu içki içməyib”.Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən deyib.  Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir:“Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? …

Read More »

“İşdən çıxarılmış neftçilər iş yerlərinə qaytarılmalıdır” – Sabir Rüstəmxanlıdan xarici şirkətə sərt etiraz

Vətəndaş Həmrəyliyi Partiyasının lideri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı təmsil etdiyi Neftçala rayonunda fəaliyyət göstərən, neftçıxarma şirkəti olan Qlobal Enerji Şirkətinin 30 nəfər neftçini ixtisara salmasına etiraz edib. VHP.az bildirir ki, deputat bildirib ki, rayonda 30 nəfər neftçinin işsiz qalması onu ciddi narahat edir: “Pandemiya dövründə işçilərin ixtisarı və ya işdən çıxarılması ölkə rəhbərliyinin qərarı ilə yolverilməz olsa da Neftçalada fəaliyyət …

Read More »

Mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdır

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə 30 iyun tarixində keçirilən onlayn görüşü ilə bağlı Ermənistan XİN-in yaydığı məlumatda “Qarabağ xalqı” (“Artsax xalqı”) ifadəsi diqqətimi çəkdi. Ermənilər Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağı və işğal olunmuş digər ərzilərimizi zorla “erməniləşdirməyə” çalışaraq, orada qondarma “Artsax Resbulikası” adında bir qurum yaradıblar və hazırda həmin ərazilərdə məskunlaşan …

Read More »

Azərbaycanda necə xoşbəxt olmaq olar? – “SUAL”a çevrilən “NİDA”lar

Aha, daxilən çapılmış, bağırsaqları sümüklərinə dolaşan KİŞİyə bax! Səhər yuxudan durub yemək yeməlidir, 4 uşağın nəriltisi, hamısının tualet-hamamı, geyimi var hələ. Cibində də pul yoxdur ki, “arvad, yemək gətir” deməyə cəsarətin çata! Şalvarı əyninə bir təhər keçirib balkona çıxır, bir siqaret yandırıb başlayır içini bir də dişləməyə, yeməyə. Aha, bu da səhər yeməyi… İt oğlu, elə sənə bu da azdır. …

Read More »

Koronavirusdan vəfat edən Samirin ölümündən əvvəlki səsyazısı haqda araşdırma başladı – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nəcəfzadə koronavirusdan dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, S. Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib. O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. …

Read More »

Çin Uyğur müsəlmanlarına qarşı “demoqrafik qırğın”a başlayıb

Çin Uyğur müsəlmanlarının sayını azaltmaq üçün zorla kontraseptivləşdirir. Boyukmillet.com xəbər verir ki, Çin Uyğur müsəlmanlarına qarşı indi də azlıqların nəzarət altına alınması üçün məcburi kontraseptiv tədbirlərdən istifadə etməyə başlayıb. (Qadınların hamiləlikdən qorunması üçün həbin ayda bir dəfə qəbul edilməsi). Eyni zamanda, əksər Han icmasından daha çox uşağın olması istənir. Qəzet yazır ki, Tayvan, Hindistan, Yaponiyadan Amerikaya qədər hər kəslə münaqişə …

Read More »

Bəhram Bağırzadə komadan ayıldı

“Bəhram Bağırzadə vəziyyətinə uyğun olaraq, ECMO cihazından ayırsalar da, süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”. Boyukmillet.com verir ki, bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib. O bildirib ki, həkimlər hər gün Bəhramın vəziyyətinin yaxşılığa doğru getdiyini deyirlər: “Hazırda səhhətində müsbət dəyişikliklər gedir. Aparılan müayinələrdən məlum olur ki, yekun nəticələr ürəkaçandır. Bir saata yaxındır ki, ayılıb. Vəziyyəti …

Read More »

“Hüsniyəni yazdığı statusa görə işdən çıxarıblar”

Müğənni Nura Suri AzTV-də efir qadağasına məruz qaldığını iddia edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Sənətçi, eyni zamanda aparıcı Hüsniyə Məhərrəmovanın feysbukda yazdığı statusa görə işdən kənarlaşdırıldığını qeyd edib: “Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət TV məni “zapret”ə qoyub, bir çox tədbirlərə də dəvət olunmayacağam. Niyə? Hüsniyə Məhərrəmovanı da yazdığı statusa görə işdən …

Read More »

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 43,75 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »