2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib. Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb. Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə …
Read More »Naxçıvanda gənc əsgərlər xidmət yerlərinə yola salınıblar – VİDEO
Boyukmillet.com xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla başa vurmuş gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov xidmətə çağırılmış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün plana uyğun dərs və məşğələlərin keçirildiyini bildirərək gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibəti …
Read More »Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Aydın Ağayev vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, şirkətə rəhbərlik Damət Bağırova həvalə olunub. Xatırladaq ki, “Nəqliyyat Təlim-Tədris Mərkəzi” kommersiya qurumu kimi 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 114 min manatdır. Cəmiyyətin əsas məqsədi nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədrisin, ümumi istifadədə olan …
Read More »Milli Məclisin sabahkı iclasının gündəliyi müəyyənləşdi
Boyukmillet.com xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının iyunun 30-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. İclasın gündəliyinə 7 məsələ daxil edilib.
Read More »Oqtay Əsədovdan sərt açıqlama: “Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir”
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli, ikili standartlarla yanaşması heç kimə sirr deyil. Bəllidir ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu taşkilatın əsas davranış xəttinə çevrilib. Bunu sübuta yetirən bəzi məqamlara toxunmaq istərdim”. Bunu Milli Məclisin deputatı Oqtay Əsədov özünün “Facebook” səhifəsində bildirib. O qeyd edib ki, 19 il əvvəl – 2001-ci ildə Azərbaycanla yanaşı, Ermənistan da Avropa Şurasına üzv …
Read More »ANS-in tanınmış aparıcısının anası koronavirusdan öldü
ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin COVID-19 testi müsbət çıxıb. Boyukmillet.com xəbər verir ki, Əhmədovanın anası xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, N.Əhmədovanın anası bu gün koronavirusdan vəfat edib. Qeyd edək ki, uzun müddət ANS PRESS portalının da baş redaktoru kimi çalışan N.Əhmədova hazırda ailəsi ilə birlikdə İspaniyada yaşayır.
Read More »Azərbaycan yığmasının üzvü qətldə şübhəli kimi axtarışa verildi
Dağıstanda 27 yaşlı Abdulbasir Omarovun qətlində şübhəli bilinən şəxslərin adları açıqlanıb.Dağıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, şübhəlilər – 25 yaşlı Surakat Asiyatilov, onun 26 yaşlı qardaşı Hüseyn Asiyatilov və 24 yaşlı Nurmaqomed Hacıyev axtarışa verilib.Abdulbasir Omarova iyunun 23-də “Maxaçqalavodokanal” şirkətinin ərazisində odlu silahdan atəş açılıb. O, xəstəxanaya çatdırılarkən yolda vəfat edib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” …
Read More »Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı
Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib. Hadisə Türkan qəsəbəsində qeydə alınıb. Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci …
Read More »İnsanlara niyə çip taxmaq istəyirlər? – İnanılmaz səbəblər
Son vaxtlar insanların dərisinə çip yerləşdirilməsi haqda xəbərlər və təhlillər artıq az qala “COVİD-19” pandemiyasını geridə buraxaraq, bütün dünyada əsas müzakirə mövzusuna çevrilib. Hərçənd, geni dəyişdirilən meyvə və digər qidaların insan sağlamlığı üçün təhlükəsi fonunda çip mövzusu o qədər də əhəmiyyətli olmamalıdır. Amma hazırda az qala bütün bəşəriyyəti koronavirusun davamı kimi insan dərisinə yerləşdiriləcək çiplər narahat edir… Rəqəmsal şeytan… Rejissor …
Read More »“İkinci dalğa gəlir” – Səhiyyə nazirindən virusla bağlı XƏBƏRDARLIQ
“Biz koronavirusun ikinci dalğasının başlanğıcındayıq, buna görə yeni məhdudiyyətlər qoymalıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin səhiyyə naziri Yuli Edelşteyn özünün “Twitter” hesabında təşkil etdiyi mətbuat konfransında deyib. Nazir İsraildə COVID-19-un ikinci dalğasının başladığını elan edib. “Məhdudiyyətlər konfransları, şadlıq evləri və yəhudi ibadət yerlərini əhatə edəcək”,– deyə nazir əlavə edib. Qərarların iqtisadiyyatdakı və səhiyyə sistemindəki ehtiyacları nəzərə alaraq verildiyini vurğulayan Edelşteyn …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar