İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. Boyukmillet.com xəbər verir ki, İSBAM sədri Samir Adıgözəlli, sədr müavini Natiq Bədəlov, sədrin müşavirləri Yasəmən Möhübbətqızı, Həmid Cəfərov və İSBAM idarə heyyətinin üzvü Ceyhun Mahmudov yüz iki il öncə yaradılmış Cümhuriyyətlə baglı təbrik nitqi söyləmişlər. Video çıxışları təqdim edirik.
Read More »Vitse -spiker Adil Əliyev Ermənistanın Ramil Səfərova qarşı məhkəmə davasından yazdı
“Ramil Səfərov Azərbaycanın fəxridir” Azərbaycan parlamentinin vitse -spikeri Adil Əliyev Ermənistanın Ramil Səfərova qarşı açdığı məhkəmə davasından və bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarından yazıb. Musavat.com həmin yazını təqdim edir: “Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Azərbaycana və Macarıstana qarşı iddia qaldıran Ermənistanın bu addımı arxadan atılan daşa bənzəyir. Ramil Səfərov 2012-ci …
Read More »Ali Məclisin Sədri açılışlar edib- VİDEO
Mayın 27-də – Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirlərində iştirak edib. Naxçıvan televiziyasının əməkdaşları “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının və Şahtaxtı kəndindəki Şərq hamamının görüntülərini əks etdirən videoçarx hazırlayıblar. Boyukmillet.com həmin videoçarxı təqdim edir: https://youtu.be/zbAHhI9gp_s
Read More »YAP-dan qərargahların zəbt olunması xəbəri haqda AÇIQLAMA
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev bu günlərdə bəyan edib ki, partiyanın Binəqədi, Yasamal, Xətai və Nərimanov rayon təşkilatlarının köhnə qərargahları zəbt edilib. Lakin o, konkret ad çəkməyib. Bundan başqa, Tərtərin icra başçısı Müstəqim Məmmədovun YAP-ın yerli təşkilatının köhnə qərargahını ələ keçirərək villaya çevirdiyi barədə məlumatlar var. Boyukmillet.com məsələ ilə bağlı YAP-ın İcra Katibliyinin Siyasi təhlil …
Read More »Azay Quliyev: AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
Məlum olduğu kimi, 26 may 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitini öldürməsi və digərini öldürməyə cəhd etməsi ilə əlaqədar Ermənistanın təmsilçiləri olan “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar qəbul etdi. AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan “təbliğat maşını”nın növbəti fiaskosudur. Belə ki, …
Read More »“Sədr dedi ki, bunu heç kimə demə…” – AzTV-nin aparıcısı elə iddialar ortaya atdı ki… (Sensasiyalı MÜSAHİBƏ)
Türkiyədə yaşayıb fəaliyyət göstərən, Azərbaycanın əməkdar incəsənət xadimi, İstanbul Bələdiyyəsinə bağlı Şəhər Teatrları bədii rəhbərin müavini, eyni zamanda, yaxın müddətə qədər AzTV-də aparıcılıq edən Məlahət Abbasova News24.az-a müsahibə verib. O, müsahibəsində AzTV-də yaşanan və qarşılaşdıqları qalmaqallı məsələlərdən söz açıb. Mia.az həmin müsahibəni təqdim edir:– Məlahət xanım, “Məlahətli söhbətlər”də yenə nə baş verir? ATV-dən inciyib çıxmışdınız. İndi də AzTV ilə yollarınızı ayırdınız… – Hamınız bilirsiniz ki, …
Read More »“Aslan İsmayılov 6 dəfə ərə gedən o məşhur xanım kimi ikinci “kruq”unu vurur” – Məhəmmədəli Qəribli
“Aslan İsmayılovun fırıldaqlarından bəhs edən iki dildə kitab yazılıb” Tanınmış jurnalist Məhəmmədəli Qəribli Aslan İsmayılov kod adlı Allahverdiyə cavab yazısı qələmə alıb. AzNews.az həmin yazını təqdim edir: Olmuş hadisədir. Azərbaycanda çoxlarının tanıdığı xanımlardan biri (etik səbəblərə görə adını çəkmirəm- M.Q) tez-tez boşanıb, təzə ərə gedirmiş. İş o yerə çatıb ki, 6-cı dəfə nikaha girmək istədiyi şəxs onun birinci əri olub. …
Read More »Hakim partiyanın millət vəkili Mahir Dərziyev, Marneuli yepiskopu Giorgi Camdelianini ehtiyyatlı olmağa çağırdı
Məlum olduğu kimi, iki gün öncə Marneuli və Hujabi yeparxiyasının Yepiskopu, Giorgi Camdeliani bazar xütbəsi zamanı, Nəriman Nərimanovun büstünün sökülərək zibilliyə atılmalı və rayon meri Zaur Darğallının isə vətəndaşlardan bu addımına görə üzür istəməli olduğunu söyləmişdir. Boyukmillet.com xəbər verir ki, Yepiskopun bu ifadələri yerli icma arasında birmənalı qarşılanmayıb. Xəbər portalımıza müsahibə verən hakim “Gürcü Arzusu” partiyasının deputatı, Mahir Dərziyev, Yepiskopu …
Read More »Putin qondarma rejimin liderini parada dəvət etdi – VİDEO
Qondarma Abxaziya lideri Aslan Bjaniya Qələbə günü ilə əlaqədar təşkil edilən hərbi paradda iştirak üçün Moskvaya gedəcək. boyukmillet.com xəbər verir ki, bu məlumatı qondarma Abxaziyanın mətbuat xidməti yayıb. Məlumata görə, qondarma rejimin liderini Moskvaya Rusiya Prezidenti Vladimi Putin dəvət edib. Qeyd edək ki, Rusiya bundan öncə Qələbə günü ilə hərbi paradı iyunun 24-də keçirəcəyini açıqlamışdı.
Read More »Azərbaycan neftinin qiyməti 36 dollara çatıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,91 ABŞ dolları, yaxud 2,59% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,00 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar