Fövqəladə Hallar Nazirliyində (FHN) kadr təyinatları olub. Bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov daxili rotasiya qaydasında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor İsrail Əliyev Bakı Regional Mərkəzinin rəisi təyin olunub. FHN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Read More »KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ REGİONAL İNKİŞAF ÜÇÜN YENİ PERSPEKTİVLƏR AÇACAQ
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hərtərəfli islahatların ən əsas elementlərindən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Bu məqsədlə milli səviyyədə həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunur və olunacaqdır.Bildiyimiz kimi, korrupsiya və rüşvətxorluğun davamlı inkişafa dağıdıcı təsiri danılmaz bir faktdır. Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğun mövcudluğu ilk növbədə həyata keçirilən əhatəli iqtisadi və …
Read More »Şuranın təşkilatçılığı ilə “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə təşkil etdiyi “Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində mayın 13-də “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib. Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin …
Read More »Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB Tərtərdə aztəminatlı ailələrə yardımlar çatdırıb
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsində “Biz Birlikdə Güclüyük” kampaniyasına dəstək məqsədi ilə Tərtər rayonunda İcra Hakimiyyətinin təqdim etdiyi siyahıya uyğun olaraq şəhid ailələri, müharibə əlilləri, veteranları, məcburi köçkünlər və aztəminatlı ailələrə yardımlar çatdırılıb. İB-in sədri Emin Həsənli bildirib ki, yardım aksiyası davam etdirilir: “Yardımları təşkilatımıza təqdim edən Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı(TİKA)-na başda Azərbaycan …
Read More »Bəxtiyar Əsgərov: Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə bağlı həbs edildiyi barədə yayılmış xəbərlər yalandır
Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə bağlı həbs edildiyi barədə xəbərlər yayılıb. Rəsmi olaraq bildirirəm ki, bu məlumat tamamilə yalandır”. Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov deyib. B.Əsgərov qeyd edib ki, dünyanın koronavirusla mübarizə apardığı həssas dövrdə bu cür uydurma və heç bir əsası olmayan məlumatların …
Read More »Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi – FƏRMAN
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də Əlövsət Baxşıyevin Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com-un məlumatına görə, Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilsin”
Read More »“Pioner Pərvizin” korrupsioner məmurlardan fərqi…
Sumqayıta nadir hallarda gedirəm. Dünən yolum oradan düşdü. Bir ünvanı axtarırdım. Təsadüfən qarşıma “Pioner” adlı bir ticarət mərkəzi çıxdı. Bir az da vaxtım vardı. Həmin marketə girmək qərarına gəldim. Dəqiq yadımdadır ki, sonuncu dəfə bu marketdə 2001-ci ildə olmuşdum. Elə əvvəlki qaydada işləyirdi. Sanki məni nostalji hisslər bürüdü. Yadımdaydı ki, həmin marketin sahibinin adı Pərviz olmalıdır. Çünki onunla 20 il …
Read More »Xarkov fəxri konsulluğumuz bir qrup vətəndaşımızın vətənə gəlməsində yardım göstərib
Koronavirus pandemiyasının başlanğıcından etibarən Azərbaycan Respublikasının və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasəti dəyişməz olaraq qalır: “Dünyanın hansı yerində olmağından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına yardım göstərmək”. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Əməliyyat Qərargahından verilən məlumata görə, dünyada karantin tədbirləri başlayandan bəri, Azərbaycan 20 minə yaxın vətəndaşını (əksəriyyəti Rusiya və Türkiyədən) geri qaytarıb. Bu gün, 14 …
Read More »“Fonda yığılan vəsaitdən hələ ki, 1 manat da xərclənməyib” – İlham Əliyev
“Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq”. Boyukmillet.com …
Read More »Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı (FOTO)
Azərbaycan Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrılıb. Boyukmillet.com-un məlumatına görə, Ağalarov bu barədə “İnstagram” hesabında məlumat paylaşıb.“Bu doğrudan da bizim həyatımızda xoşbəxt günlər idi. Amma təəssüflər olsun ki, hər şey bizim planlaşdırdığımız kimi olmadı. Mən keçirdiyimiz hər bir xoşbəxt gün üçün və əlbəttə qızımız Afinaya görə sizə təşəkkür edirəm. Siz çox mehriban və özəl bir insansız. Biz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar