Bazar , 19 May 2024
Drone Cameras

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB Tərtərdə aztəminatlı ailələrə yardımlar çatdırıb

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsində “Biz Birlikdə Güclüyük” kampaniyasına dəstək məqsədi ilə Tərtər rayonunda İcra Hakimiyyətinin təqdim etdiyi siyahıya uyğun olaraq şəhid ailələri, müharibə əlilləri, veteranları, məcburi köçkünlər və aztəminatlı ailələrə yardımlar çatdırılıb.

İB-in sədri Emin Həsənli bildirib ki, yardım aksiyası davam etdirilir: “Yardımları təşkilatımıza təqdim edən Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı(TİKA)-na başda Azərbaycan koordinatoru Teoman Tiryaki bəyə təşəkkürümüzü bildiririk”.


Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …