Bazar ertəsi , 6 Aprel 2026

autor

DTX əməliyyat apararkən nazir də orada olub

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub. Boyukmillet.com bildirir ki, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb.  Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov də var. Nazirin müavini Rafiq Bayramov …

Read More »

Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verildi – RƏSMİ

Bu gündən ölkə ərazisində polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, reydlərin keçirilməsi mayın 1-dən ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejimin tələblərinə uyğun həyata keçirilir: “Reydlərdə vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi …

Read More »

SON DƏQİQƏ! DTX nazir müavinini saxladı – HƏBSLƏR OLACAQ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı DTX məlumat yayıb. Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə …

Read More »

SMS icazə sistemi ilə bağlı VACİB XƏBƏR: Qərar dəyişir

Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin”. Boyukmillet.com xəbər verir ki, bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır: “Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar …

Read More »

Tarixin dərsini tərs bilənlər və prezidentin tərs silləsi

Tarix təkcə elm deyil, həm də müəllimdir. Gerçəkləri dərs olaraq anladan bir müəllim. Biz də bu yazımıza tarixin bəzi dərsləri ilə başlamaq istədik. Tarix öz dərsini onsuz da keçir. Kimiləri bunu dərs olaraq kimiləri tərs olaraq qavrayır… Yaxın çağımız tarix dərsini tərs anlayan tarixçilərlə o qədər zəngindir ki, biri az ya biri çox nə dəyişəcək?..Hələliksə ən yaxın günümüzün dərsindən başlayaq. …

Read More »

Bu Avropa ölkəsində karantin bitdi – Əhali 7 maydan adi həyata qayıdıb

Serbiyada koronavirusla bağlı tətbiq edilmiş fövqəladə vəziyyət ləğv olunub. Mayın 7-dən etibarən əhali adi həyata qayıdıb. Boyukmillet.com xəbər verir ki, ölkədə COVID-19 virusuna yeni yoluxmaların kəskin surətdə azalıb. Bu səbəbdən martın 15-dən bəri tətbiq edilən komendant saatı və fövqəladə vəziyyət tamamilə ləğv edilib. Lakin bununla belə qrup halında toplaşmaq, gəzmək, o cümlədən toylar, xaç mərasimləri, ad günləri kimi kütləvi tədbirlər …

Read More »

Talançı icra başçılarının övladlarının çoxu mühüm postlara yerləşdirilib.

Samir Adıgözəlli: “Ümumiyyətlə, vəzifəli adamların ətraflarında qohumlarından ibarət “təhlükəsizlik buferi” düzəldilməsinə yol vermək olmaz” Bir sıra rayonların icra başçıları ilə bağlı həyata keçirilən əməliyyat tədbirlərindən sonra maraqlı məlumatlar üzə çıxır. Bəlli olur ki, korrupsiya, rüşvət əməlinə görə həbs edilən icra başçılarının övladları və digər yaxın qohumlarının əksəriyyəti mühüm dövlət postlarında işləyiblər. Bu xüsusda bir neçə misal da çəkə bilərik. Həbs edilən …

Read More »

Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib. Konfransda 300-dən çox QHT sədri, həmçinin bir sıra media qurumlarının nümayəndəsi iştirak edib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev açılış nitqində prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı aparılan örnək mübarizədən, həmçinin dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə …

Read More »

9 və 11-ci siniflərin imtahanları nə vaxt keçiriləcək? – Rəsmi açıqlama

9 və 11-ci sinifin buraxılış imtahanları iyun ayına planlaşdırılır”. Boyukmillet.com  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O, 9 və 11-ci sinif şagirdlərinin imtahanlarının məzmunu ilə bağlı deyib ki, aprel, may, iyun aylarında proqramda nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək: “İmtahana buraxılış vərəqəsini hər bir şəxs şəxsi …

Read More »