Məlum olduğu kimi, Azərbaycanda xüsusi karantin rejimi xeyli yumşalma ilə mayın 31-dək uzadılıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, ölkənin sərhədləri həmin müddətə qədər bağlı olacaq. Xarici ölkələrdən gətirilən vətəndaşlar isə, əvvəlki kimi, 14-21 günlük karantində saxlandıqdan sonra evlərinə buraxılırlar. Əldə etdiyimiz məlumata görə, nəinki xarici ölkələrdən gətirilən vətəndaşlar, eləcə də Naxçıvan Muxtar Respublikasından Bakıya gələn ölkə vətəndaşları …
Read More »Kürdəmirdə həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı
Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb. Boyukmillet.com -un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 4 yaşlı Əhmədova Nur Rəvan qızı həyətyani sahədə oynayarkən onu ilan sancıb. Yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Azyaşlıya ilan zəhəri əleyhinə zərdab vurulub. Fakt araşdırılır.
Read More »Daha üç rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və …
Read More »Mərkəzi icra orqanlarımızda rüşvətlə vəzifəyə təyin edilənlər – yüz faizli dəqiq fakt, Prezident…
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq:“Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, – hələ bu siqnallar araşdırılır, – vəzifəyə …
Read More »Sabir Rüstəmxanlıdan DTX-yə çağırış: “Yardımlının da icra başçısı həbs olunmalıdır”
“Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başşıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”. Bu fikirləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı söyləyib. S.Rüstəmxanlı deyib ki, dərs çıxarmayan icra başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyirlər, rüşvət alırlar: “Mən hələ …
Read More »İcra hakiminə ittiham: “Bizim pulumuzla prokuror oğlunu sahibkar edibsən”
“BİZİM PULUMUZLA PROKUROR OĞLUNU RESTORAN SAHİBİ EDİBSƏN” – SAHİBKARLARDAN İCRA BAŞÇISINA İTTİHAM Xəbər verdiyimiz kimi, Sumqayıt Dənizkənarı Bulvarın tikintisi üçün ayrılmış milyonlarla manat vəsaitin işgörənlərə çatmaması, həm narazılığa, həm də qalmaqallı məsələyə çevrilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı tikinti işlərini həyata keçirən sahibkarlar bütün dövlət qurumlarlna üz tutublar. Onların əsas tələbi gördükləri işin müqabilində çatacaq pulun Sumqayıtın icra başçısı …
Read More »Prezidentin yeni mesajları göstərir ki, rüşvətxorluqla mübarizə sərt olacaq” – Azay Quliyev
Həyata keçirilən siyasi islahatlar milli və beynəlxalq müstəvidə ölkəmiz üçün yeni imkanlar yaradacaq. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Trend”-ə açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman islahatlarla bağlı çox mühüm məsələlərə toxundu və yeni mesajlar verdi: “Bu mesajlar ölkədə aparılan dərin və əhatəli islahatların …
Read More »Jurnalistlərin binasında yoxlama başladı – Cinayət işi açıla bilər
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalarına başlanılıb. Boyukmillet.com xəbər verir ki, “BakuPost”un əldə etdiyi məlumata görə, yoxlamalar, əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib. Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri “qaydasına” salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən …
Read More »Azərbaycanda daha bir neçə vəzifəli şəxs həbs edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Baş Prokurorluqdan verilən məlumatda deyilir: Bununla belə təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının …
Read More »Həbs edilən icra başçısı: “Bugünkü durumuma görə çox utanıram” (VİDEO)
“Bu kimi əməllərə görə, əlbəttə ki, peşimançılığımızı çəkirik”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev həbs edilərkən deyib. “Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm”, – deyə sabiq icra başçısı vurğulayıb. Qeyd edək ki, DTX-də aparılan cinayət işi üzrə Mahir …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar