“Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”. Boyukmillet.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: “Hər şey vəziyyətin gedişatından asılıdır”. Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin …
Read More »Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz – RƏSMİ AÇIQLAMA
“Son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur”. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Məlumatda qeyd olunub ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti …
Read More »Azərbaycanda 3 uşaq koronovirusa yoluxub – RƏSMİ
Azərbaycanda bu saata görə koronavirusa yoluxmuş 182 nəfərdən 3 uşaqdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunur. Qeyd edək ki, uşaqların koronovirusa yoluxma riskinin az olması və ya uşaqların koronavirus xəstəliyini yüngül keçirməsi haqda mülahizələr var. Ancaq, son günlər dünyanın müxtəlif ölkələrində virusa yoluxmuş uşaqların belə ölüm hallarına rast gəlinir. Bu baxımdan, uşaqların təcridinə, …
Read More »Koronavirus ən çox bu ölkələrdə yayılıb – SİYAHI
Artıq bir neçə aydır dünyada koronavirusa yoluxanların və pandemiya qurbanlarını sayı artır.Boyukmillet.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), habelə ayrı-ayrı ölkələrin müvafiq dövlət qurumlarının, rəsmi orqanlarının məlumatları belə deməyə əsas verir.Elə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında Yer üzündə bir gün ərzində virusa yoluxanların daha 60 min nəfər artdığı bildirilir. Qeyd edilir ki, koronavirusa yoluxanların ümumi sayı 570 min nəfəri ötüb. …
Read More »Bir nəfərə görə 40 min insan karantinə götürüldü
Hindistanın Pəncab əyalətində 20 kənddə 40 mindən artıq insan yalnız bir yoluxma halı ilə bağlı yeni tip koronavirus şübhəsilə karantinə götürülüb. Bu barədə “Haber Global” məlumat yayıb. Almaniya və İtaliyaya səfər etdikdən sonra özünü təcrid etməyən 70 yaşlı din xadiminin öldükdən sonra yeni tip koronavirusdan dünyasını dəyişdiyi müəyyən edilib. Baldev adlı şəxsin ölümündən qısa zaman əvvəl “Hola Mohalla” adlı festivalda …
Read More »ŞOK ƏMƏLİYYAT: Türk pilotsuz aparatı generalı MƏHV ETDİ
Liviyada Xəlifə Haftarın rəhbərliyindəki üsyançı ordunun generalı məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Haftara yaxınlığı ilə bilinən televiziya məlumat yayıb. Bildirilib ki, vacib əməliyyatları idarə edən Salim Diyak hava hücumu nəticəsində öldürülüb. İddialara görə, general Türkiyənin pilotsuz uçuş aparatı ilə hədəfə alınıb. Əməliyyat zamanı həmçinin bir qərargah yerlə bir edilib. /Publika.az/
Read More »Müxalifət funksionerindən Naxçıvanda görülən Koronavirus tədbirləri ilə bağlı maraqlı paylaşım+FOTO
Boyukmillet.com xəbər verir ki, müxalifyönümlü Ümid Partiyasının sədr müavini Tamilla Qulami özünün “Facebook” səhifəsində “Naxçıvanda yaşayan bir dostumuz yazıb” başlığı ilə maraqlı paylaşım edib. Həmin paylaşımda nəzər yetirdikdə məlum olur ki, hazırda Naxçıvanda olan, lakin Bakı qeydiyyatlı kimsə partiya funksioneri ilə “WhatApp” proqramı vasitəsilə yazışıb və Naxçıvanda Koronovirus pandemiyası ilə bağlı vəziyyəti, yerli hakimiyyət qurumlarının iş prinsipi barədə ətraflı məlumat …
Read More »“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.Bu barədə QHT.az-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə məlumat verib.Təşkilat rəhbəri bilirib ki, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi olaraq dövlətimizin koronavirusla mübarizəsinə kiçik də olsa dəstək olmaq məqsədilə cənab Prezident tərəfindən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürtdük.“Bundan əlavə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına …
Read More »Prezident: “Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq”
Bu gün Prezident İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdikdən sonra xəstəxananın kollektivi ilə görüşüb. Boyukmillet.com-un xəbərinə görə, görüş zamanı dövlət başçıs bu gün ölkənin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd edib, onun müasir avadanlıqla təchiz olunduğunu bildirib. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan Prezident vurğulayıb ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.
Read More »İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin – TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar