Cümə , 26 Aprel 2024
Drone Cameras

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.Bu barədə QHT.az-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə məlumat verib.
Təşkilat rəhbəri bilirib ki, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi olaraq dövlətimizin koronavirusla mübarizəsinə kiçik də olsa dəstək olmaq məqsədilə cənab Prezident tərəfindən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürtdük.“Bundan əlavə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başlatdığı “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına, eyni zamanda Şura sədri Azay Quliyevin çağırışına könüllü qoşularaq, 2020-ci il qrant müsabiqəsində qalib gələn layihəmizi koronavirusla mübarizə istiqamətinə dəyişdirməyi qərara aldıq. Vətəndaş cəmiyyəti nümayəndəsi olaraq bu mübarizədə əlimizdən gələn dəstəyi göstərməyə daim hazırıq.” 

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …