Aprelin 8-də Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək. Boyukmillet.com “Bloomberg”ə istinadən xəbər verir ki, bütün dünyada koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çində pandemiyanın təsiri əhəmiyyətli dərəcədə azalıb. Məlumata görə, Uhan sakinlərinə aprelin 8-dən başlayaraq şəhəri tərk etmək icazəsi veriləcək. Buna səbəb daha öncə koronavirusun episentri sayılan Hubey vilayətinin martın 19-da yeni yoluxma hallarının 0-a enməsi barədə …
Read More »Bakıda koronavirusa görə küçələr yuyulur – VİDEO
Artıq bir neçə gündür ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsi ilə şəhərin küçələrinin yuyulması aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, bu prosses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat …
Read More »Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi koronavirusla bağlı eşitmə məhdudiyyətli şəxsləri məlumatlandırır
Boyukmillet.com xəbər verir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün facebook səhifəsində Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərərgahın məlumatını işarət dilində paylaşaraq , hər bir Azərbaycan vətəndaşına səbr arzulayıb. O, qeyd edib ki, “Bu virus bir qara buluddur. Azərbaycan xalqının üzərindən tezliklə keçib gedər. Allah …
Read More »“Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür. Bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün 24.03.2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır. Bu …
Read More »Yaxın üç gün ərzində havanın temperaturu yüksələcək
Azərbaycanda üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Zəif cənub-şərq istiqamətində külək əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13°-dək isti olacaq.
Read More »Fransadan ilginc iddia: “Bu məhlul koronaviruslu xəstələrin hamısını sağaldıb”
Fransada aparılan tibbi araşdırmaya görə, hidroksiklorokin ilə azitromisin qarışığı koronaviruslu xəstələrin hamısını 6 günlük müalicədə sağaldıb. Bu barədə iddianı Fransa mətbuatı yayıb. Məlumatda bildirilir ki, Fransa hökuməti tərəfindən təşəbbüs göstərilən təqdiqatda qızdırma üçün nəzərdə tutulan hidroksiklorokin ilə azitromisin qarışığı koronavirusa yoluxan xəstələrin müalicəsində çox təsirli olub və ümidverici nəticələr verib. Filip Gautretanın rəhbərliyi ilə aparılan təcrübədən məlum olub ki, adı …
Read More »Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Boyukmillet.com-un məlumatına görə, M. Əliyevanın bununla bağlı müraciətində deyilir: “Əziz həmvətənlər! Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr …
Read More »Alıcılara marketlərdə qablaşdırılmamış məhsulları götürmək qadağan edildi
Azərbaycanda ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib. Bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub. Belə ki, müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə …
Read More »Dünyada koronavirusa yoluxanların sayı 292 min nəfəri ötdü
Dünyada koronavirusdan ölənlərin sayı 12 min nəfəri ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Qeyd edilir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 292 142 nəfərə çatıb, 12,7 min nəfər koronavirusun qurbanı olub. Gün ərzində dünyada virusa 26 069 yoluxma halı qeydə alınıb, 1 600 nəfər vəfat edib. Yoluxma hallarının ən böyük sayı Avropa regionunda qeydə alınıb. Orada bir gün ərzində 22,7 mindən çox insan koronavirusa yoluxub, 1 426 insan …
Read More »Azərbaycanda fövqəladə vəziyyət olarsa, bu qanun tətbiq ediləcək – TAM MƏTN
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb. Virusun geniş yayılma sürətini nəzərə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar