Türkiyə və Azərbaycan vətəndaşlarının öz ölkələrinə növbəti qarşılıqlı uçuşlarının vaxtı müəyyən edilib. Bu barədə APA -ya Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Read More »Azərbaycanda BƏDBƏXT HADİSƏ: azyaşlı qızdırmadan öldü
Bərdədə azyaşlı qızdırmadan ölüb. Boyukmillet.com-un məlumatına görə, rayonun Hüseynzadə küçəsi, ev 68-də yaşayan 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlunun evdə qızdırması qalxıb. Uşağın anası ona infeksiya yolu ilə əzələ iynəsi vurub. İynədən sonra vəziyyəti pisləşən uşaq xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü(ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Read More »Mübariz Mənsimov barədə MƏHKƏMƏ QƏRARI
“Palmalı” şirkərtlər qrupunun rəhbəri, tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı yeni xəbər var. Boyukmillet.com “Milliyet”ə istinadən bildirir ki, onu meneceri Nuray Nurcihan Perker ilə birlikdə dünən axşam saatlarında məhkəməyə aparılıb. Məhkəmə M.Mənsimov barəsində həbs qərarı verib. Şirkətin meneceri Nuray Nurcihan Perker sərbəst buraxılıb. Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Həmin gün iş …
Read More »Hökumət təcili toplandı – koronavirus müzakirə olunur
Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda koronavirus epidemiyası ilə bağlı ölkədəki vəziyyət və hadisələrin mümkün inkişafı variantları, müxtəlif variantlarda hansı tədbirlərin görüləcəyi müzakirə olunub.
Read More »Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi
Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Xüsusi Dövlət Mühafizə Xidməti ləğv olundu
Prezident İlham Əliyev “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədlə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Daha sonra sənəddə deyilir: 2. Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılsın: 2.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti; 2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti; 2.3. Azərbaycan Respublikasının Strateji …
Read More »Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı – VİDEO
Martın 16-da Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına (5 min manat) layiq görülən Zahid Qənbərov Ali Məclisin Sədrinə səmimi minnətdarlıq edib. Boyukmillet.com həmin videonu təqdim edir: https://www.youtube.com/watch?v=_55-USh5VqU&feature=emb_logo
Read More »Sumqayıtda yaşayış binası yandı
Sumqayıtda yaşayış binasında yanğın olub. APA-nın verdiyi xəbərə görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisindəki binalardan birində qeydə alınıb. Yaşayış binasının 3-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
Read More »Bakının 3 yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır
“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Boyukmillet.com quruma istinadən xəbər verir ki, “Tədbirlər Planı”na uyğun olaraq, Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır. Məlumata görə, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu …
Read More »“Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir” – İlham Əliyev
“Qeyri-formal məşğulluqla bağlı mənim müvafiq göstərişlərim yerinə yetirilir. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məruzələr edilir. Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanıb. Yəni, bu işlər rəsmiləşdirilib”. APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib. Prezident qeyd edib ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar