Bazar ertəsi , 6 Aprel 2026

autor

Koronavirus imtahanı – virusu kim yayıb? – ŞƏRH

Dünyanın çox kiçik olduğu bir daha təsdiqləndi. Marsı, başqa planetləri fəth etmək istəyən insanlıq koronavirusun əlində acız qalıb. Özündən deyən və özündən zəifləri əzib haqqını yeyən dövlətlərdə belə yoluxucu xəstəlik fövqəladə vəziyyət rejiminin tətbiqinə gətirib çıxarıb. Bu virus yenidirmi? Məlumatlara əsasən, 5 il əvvəl aşkarlanıb. Deməli, başqa ziyanlı mikrob, virus və bakteriyalar, habelə müxtəlif informasiyalar kimi koronavirus da atmosferdə mövcuddur. …

Read More »

Bakıdan dayandırılan uçuşların sayı artdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya hesab etdiyi koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmaması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” QSC (AZAL) və əcnəbi aviaşirkətlər bir sıra istiqamətlər üzrə uçuşları müvəqqəti dayandırır. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, həmin istiqamətlər aşağıdakılardır: 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;– 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;– 17 mart tarixindən etibarən AZAL …

Read More »

İranlı alimdən kəhanət: Mehdi gələn ay zühur edəcək

Koronavirus pandemiyası və təbii fəlakətlər Mehdinin gəliş əlamətidir. Bu virusu hər yerə və hər kəsə yayın! Boyukmillet.com xəbər verir ki, bunu iranlı şiə alimi Əlirza Pənahian “Tasnim” agentliyinə açıqlamasında deyib. Pənahian koronavirusun bütün bəşəriyyəti yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyacağını və bir xilaskarın gəlib insanları xilas edəcəyini bildirib. İqtisadi çətinliklərlə ən çox mübarizə aparan ölkələrdə dini hakimiyyətlərə ehtiyac olduğunu söyləyən din …

Read More »

Dünya azərbaycanlılarından qürurverici hərəkət (FOTOLAR)

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar sosial şəbəkə üzərindən bir-birinə qucaq açıb. Boyukmillet.com xəbər verir ki, “Facebook”dakı məşhur “Gəzəyənlər” qrupunun başladığı kampaniya nəticəsində İsveçrə, Varşava, Budapeşt, Qazaxıstan, Avstriya, Berlin, İstanbul, Ankara, və s. kimi şəhərlər və ölkələrdə yaşayan azərbaycanlılar məlum səbəblərdən hava limanlarında qalan və Azərbaycana qayıda bilməyən həmyerlilərinə dəstək olmaq istəklərini elan edib.Onların böyük əksəriyyəti vətənlərinə qayıda bilməyənləri evlərinə dəvət edərək həftələrlə qonaq saxlamağa …

Read More »

Yeni deputat məcburi köçkünlərin statusundan danışdı

“Məcburi köçkünlərin statusu ilə bağlı məsələyə yenidən baxılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Əziz Ələkbərov deyib. O bildirib ki, məcburi köçkünlərin məsələləri ilə bağlı çox böyük problemlər var: “Bu məsələ bizim əsas diqqət mərkəzində olmalıdır”.

Read More »

Nyu-Yorkda həyat dayandı

Şəhərin bütün məktəbləri, ictimai iaşə obyekləri koronavirus səbəbindən fəaliyyətini dayandırıb Nyu-Yorkda bütün məktəblər, ictimai iaşə obyekləri koronavirus səbəbindən fəaliyyətini dayandırıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, şəhər bələdiyyəsinn rəhbəri Bill de Blasio, “şəhərdə virusun yayılması təhlükəsinin qarşısının alınması üçün tədbirli olmalıyıq” açıqlamasını verib. Məlum olduğu kimi, ABŞ-ın digər ştat və şəhərlərində də müvafiq karantin tədbirləri davam edir. Avropa ölkələrinə …

Read More »

“Özəl klinikalarda qızdırma testi yoxdur, ona görə də…”- PROFESSOR

Dünya hələ də ötən ilin dekabrında mənbəyi Çində aşkar olunan ölümcül koronavirusun qarşısında aciz qalıb. Dünyanı cənginə alan bu yoluxucu virus ölkə vətəndaşlarını ciddi narahat edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus təhlükəsinə qarşı önləmlər görülməkdədir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah virusun qarşısının alınması ilə bağlı qabaqlayıcı və təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir. Bütün təhsil müəssisələrində tədrisin dayandırılması, toy …

Read More »

Axır çərşənbədə hava necə olacaq? – PROQNOZ

Azərbaycanda martın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. …

Read More »

Manatla bağlı Mərkəzi Bankdan təcili xəbər: Manatın real effektiv məzənnəsi bahalaşdı

Azərbaycan manatının ABŞ dolları qarşısında sabitliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir. Boyukmillet.com xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib. Onun sözlərinə görə, mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5%, rus rublu 9,8%, türk lirəsi …

Read More »