Bazar ertəsi , 6 Aprel 2026

autor

Prezident Yaponiyaya yeni səfir təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyaya yeni səfir təyin edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Read More »

Prezident Elmira Axundovanı səfir təyin etdi

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. (modern.az)

Read More »

“Moskva Azərbaycanın Qarabağda müharibəyə başlamasına göz yumacaq” – Rusiyalı politoloq

Azərbaycan Qarabağ ətrafında yaranmış status-kvodan əvvəl-axır bezəcək. Bu barədə rusiyalı politoloq Aleksandr Skakov Tert.am sayıtna açıqlama verib. “Moskva Azərbaycan ordusu Qarabağda irimiqyaslı əməliyyata başlasa, buna qarşı sanksiya tətbiq etməyəcək”. Ekspert Ankara ilə Moskva arasında münasibətlərin pisləşməsinin buna mənfi təsir edəcəyini əlavə edib. “Bu halda, Moskvanın Bakıya təsir imkanları azalacaq. Çünki Kremli Türkiyə ilə, NATO ilə münasibətlər qayğılandıracaq. Məhz bu ssenarini …

Read More »

AMEA-nın Mərkəzi Elmi Kitabxanası iki günlük bağlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oxuculara xidməti iki günlük dayandıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə MEK-in yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, 18 mart – sanitar günü və 19 mart – koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri ilə bağlı Mərkəzi Elmi Kitabxana oxuculara xidmət göstərməyəcək. Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin bir neçə …

Read More »

Azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava: Xəsarət alanlar var

Gürcüstanın Qardabani rayonunda yerli azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub Hadisə martın 10-da axşam saatlarında Satiçala Muğanlısı kəndində baş verib. Gənclər arasında yaranan qarşıdurmaya xırda mübahisə səbəb olub. Dava zamanı bir neçə azərbaycanlı gəncə daşla yüngül xəsarətlər yetirilib, bir gürcü gənc isə bıçaqlanıb. Bıçaqlanan şəxsin xəsarətləri ağır olmayıb və vəziyyəti qənaətbəxş qiymətləndirilir. Polis insidentlə bağlı araşdırma aparır. Kənd …

Read More »

Mübariz Mənsimov xəstəxanaya yerləşdirildi

Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov xəstəxanaya yerləşdirilib. Boyukmillet.com “qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamının səhhətində ciddi problem yaranıb və dünən axşam İstanbulda xəstəxanalardan birinə aparılıb.Qeyd edək ki, Mənsimov bir neçə gün əvvəl əməliyyat olunub.Mübariz Mənsimovun vəziyyəti ilə bağlı “Palmali” Şirkətlər Qrupu ilə əlaqə saxlasaq da, bu barədə açıqlama verməkdən imtina ediblər.

Read More »

Alimlərdən ŞOK ARAŞDIRMA: “Siqaret çəkənlərin koronavirusa yoluxma riski azdır”

Siqaret çəkən insanların koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə azdır. “Federal Press”-in xəbərinə görə, koronavirusla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər. Məlumata görə, Uhan xəstəxanalarının birində müayinə edilən koronavirusa yoluxmuş 140 şəxsdən yalnız 2-sinin siqaret çəkdiyi məlum olub. Bu isə bütün qrupdan 1,4% təşkil edir. Yəni, ilkin nəticələrə görə, siqaret çəkən insanların virusa yoluxma təhlükəsi 20 dəfə azdır. Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, …

Read More »

Azərbaycan universitetlərində dərs ili uzadıldı

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqqında qərar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb. Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq. Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək …

Read More »

Murad Dadaşov bu məşhurlara da efir qadağası qoydu

Xəzər TV-yə yeni rəhbər təyin olunan Xalq artisti Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. O, Xəzər TV-nin efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şou-biznesin daha 3 tanınmış siması bu qadağaya tuş gəlib. Bunlar Pərviz Bülbülə, Türkan Vəlizadə və Vasif Əzimovdur.

Read More »

Prezident yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncam imzaladı – SİYAHI

Prezident İlham Əliyev “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı …

Read More »