Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Prezident yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncam imzaladı – SİYAHI

Prezident İlham Əliyev “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Ağdaş və Göyçay rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını təqdim edirik:

Sıra №-siƏrazi vahidləri
Ağdaş rayonu
1.Ağcaqovaq kəndi
2.Aşağı Qobuüstü kəndi
3.Eymur kəndi
4.Ərəbşəki kəndi
5.Hacılar kəndi
6.Qobuüstü kəndi
7.Malay kəndi
8.Mürsəl kəndi
9.Şıxlı kəndi
10.Yenikənd kəndi
11.Yuxarı Nemətabad kəndi
Göyçay rayonu
1.Yenikənd kəndi

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …