8 Mart – Beynəlxalq Qadınlar Gününü qadınlar səbirsizliklə gözləyirlər. Zərif cinsin nümayəndələri həmin gün həm xüsusi diqqət, həm də hədiyyə arzulayırlar. “Report”un əməkdaşı “Bəylər nə hədiyyə etmək istəyir, xanımlar nə gözləyir” mövzusunda sorğu keçirib. Bu gün ərəfəsində təbrik və diqqət gözləyən xanımlarla yanaşı, “Qadınlar tək bir gün deyil, hər zaman diqqət görməlidir” deyənlərə də rast gəldik. Videosorğunu təqdim edirik:
Read More »Azərbaycanda martın 9-u qeyri-iş günüdür
8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 9-u ölkədə iş günü deyil. Bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, 8 Mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən martın 9-u qeyri-iş günüdür.
Read More »Türk ordusunun 7 gündə Əsədə vurduğu zərbə – Statistika
Türkiyə ordusu “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriyada Əsəd rejiminə ağır zərbələr vurub. Boyukmillet.com xəbər verir ki, “Bahar qalxanı” əməliyyatı başladığı gündən – 27 fevraldan martın 5-nə kimi rejimin 3 min 381 əsgəri zərərsizləşdirilib. Eyni zamanda, keçən müddət ərzində rejimə məxsus 154 tank, 9 top, 3 PUA, 4 döyüş təyyarəsi, 7 hava müdafiə sistemi, 8 helikopter, 13 Qrad, 16 hərbi avtomobil, 3 …
Read More »Maska problemi həll olundu? – Apteklərlə SORĞU
Azərbaycanda koronavirus aşkarlandıqdan sonra apteklərdə tibbi maskalar qeybə çəkildi. Çox az sayda apteklərdə isə 5-10 qəpiklik maskaları “əl-altdan” 30 qəpikdən 1 manatadək qiymətə satmağa başladılar. Məsələ ilə bağlı müvafiq nazirlik və qurumlar ya açıqlama vermədilər, ya da bu məsələnin onlara aidiyyatı olmadığını, maska məsələsi ilə özəl firmaların məşğul olduğunu bəyan etdilər. Və həmişəki kimi problemə ən yüksək səviyyədə münasibət bildirildi. …
Read More »Yerə asteroid yaxınlaşır: Toqquşma riski var
Yerə nəhəng asteroid yaxınlaşır. Boyukmillet.com-un xarici mətbuuata istinadən xəbərinə görə, hətta astronomlar onun Yer ilə toqquşma ehtimalını istisna etmirlər. Asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq. Bu vaxt o, Yerdən 6,29 milyon kilometr məsafədə olacaq. Bu isə Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə çoxdur. Buna baxmayaraq, asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə …
Read More »Muxtar respublikada ilk dəfə təşkil olunan festival qonaqların gözü ilə
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikasının İdman federasiyalarının təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turistik istirahət mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilib. Festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, məşqçi-müəllimlər və rəsmi şəxslərin fikirlərini öyrəndik. Səmayə Məmmədova – Azərbaycan Respublikası Gənclər və …
Read More »Vilayət Eyvazov polkovniki işdən çıxardı
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsini təqaüdə göndərib. Boyukmillet.com Unikal.org-a istinadən məlumat verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin Alay Komandirinin müavini polkovnik-leytenant Əli Ağalıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Read More »DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub
Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir. “Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndləri istiqamətindəki …
Read More »Koronavirusa görə məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı – RƏSMİ
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb. Bu barədə mediaya Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”. Qeyd …
Read More »Cəlilabadda şəhidlə vida mərasimi başlayıb
Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadənin nəşi doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib. “Report”un Muğan bürosu xəbər verir ki, şəhidin cənazəsini Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar