Cümə , 26 Aprel 2024
Drone Cameras

DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qul­luq­çusunun yaralanması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və real­lığı əks etdirmir.

“Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax ra­yo­nunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub. 

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub”, DSX-dan bildirilib. 

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …