Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində də koronavirus təhlükəsi yaşanır. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü cütlük İran ərazisinə səfər ediblər. Geri qayıdan zaman isə onlarda 38 dərəcə qızdırma müşahidə olunub. Əslən Xocavənddən olan şəxslərin analizləri Yerevana gönədrilib. Onlar hazırda karantində saxlanılır.
Read More »“Neftçaladakı problemləri birgə həll edəcəyik” – Rüstəmxanlı yeni icra başçısından danışdı
61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin sərəncamı ilə həmin rayona Mirhəsən Seyidovun icra başçısı təyin edilməsinə münasibət bildirib. S.Rüstəmxanlı mediaya açıqlamasında deyib ki, gənc kadrın icra başçısı təyin edilməsini müsbət qarşılayır. “İcra başçıları Prezidentin göstəriş və tapşırıqlarını yerinə yetirən insanlardırlar. Ona görə də həmin şəxslərin dövlət başçısı tərəfindən bəyənilməsi əsasdır. Prezident seçir və təyin edir, …
Read More »“BU ADAM NƏYİN HESABINA VARLANIB?” – Prezident məmurlara “Heç kim toxunulmaz deyil” mesajını verdi +TAM ÇIXIŞ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: – Mən sizi – birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, …
Read More »İSBAM sədrindən Türkiyənin “Bahar Qalxanı”əməliyyatına münasibət
Ictimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sədri Samir Adıgözəlli Türkiyənin İdlib bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı açıqlama verib. Boyukmillet.com xəbər verir ki İSBAM sədri əməliyyatlarla bağlı bunları bildirib. Regionda və xüsusi ilə Türkiyəni əhatə edən yaxın sərhəd bölgələrində baş verən hərbi əməliyyatlardan danışaraq bunları dedi: “Türkiyə uzun illərdir terrordan əziyyyət çəkən bir dövlətdir və bu gün Suriya ərazisində Türkiyəyə qarşı …
Read More »BŞİH 8 mart yürüşü ilə bağlı müraciətə cavab verdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının “8 Marş – Bizimdir Hürr Küçələr” şüarı ilə yürüş keçirməklə bağlı müraciətinə cavab verib.Boyukmillet.com-un məlumatına görə, cavabda qeyd edilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədə müvafiq …
Read More »Türkiyə daha bir əməliyyata başladı
Türkiyə Hakkari şəhərində PKK terror təşkilatına qarşı daha bir əməliyyata start verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yeni hərəkat “Qapan-3, Qazan əməliyyatı” adlanır.
Read More »Dairəsi ləğv edilən Qənizadə nələr danışdı? – VİDEO
Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı Çingiz Qənizadə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub. Boyukmillet.com xəbər verir ki, Çingiz Qənizadə fevralın 9-da keçirilən parlament seçkiləri, seçildiyi dairənin nəticələrinin ləğvi və digər məsələlər haqda danışaraq, maraqlı məqamlara aydınlıq gətirib. Qeyd edək ki, “Sadə həqiqətlər” verilişinin sözügedən buraxılışı martın 6-sı saat 22:00-da yayımlanacaq.
Read More »Kritik görüş başladı: Putin və Ərdoğandan ilk açıqlama – VİDEO
Rusiya və Türkiyə prezidentlərinin görüşünün təkbətək formatda keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. “Buna baxmayaraq, lazım gələrsə, məhdud sayda rəsmi şəxs də görüşdə iştirak edəcək”, – Kreml sözçüsü bildirib. *** Kremldə prezidentlərin təkbətək görüşü başlayıb. Putin görüş öncəsi açıqlamasında bildirib ki, İdlibdəki vəziyyət kəskinləşib və bizim birbaşa müdaxilə etməyimizi tələb edir. “Suriyada həyatını itirən Türkiyə …
Read More »Şuranın maliyyələşdirdiyi layihələr haqqında CƏDVƏL
Şura və 26 qurum birgə qrant müsabiqələrinin nəticələrinə həsr olunan mətbuat konfransı keçirdi Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və tərəfdaş 26 qurum təşkil etdikləri qrant müsabiqələrinin nəticələri ilə bağlı birgə mətbuat konfransı keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 26 qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinə layihə təklifi qəbulunun 20 noyabr-30 dekabr 2019-cu …
Read More »Prezident İlham Əliyev yeni icra başçılarını qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar