Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Neftçaladakı problemləri birgə həll edəcəyik” – Rüstəmxanlı yeni icra başçısından danışdı

61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin sərəncamı ilə həmin rayona Mirhəsən Seyidovun icra başçısı təyin edilməsinə münasibət bildirib.

S.Rüstəmxanlı mediaya açıqlamasında deyib ki, gənc kadrın icra başçısı təyin edilməsini müsbət qarşılayır.

“İcra başçıları Prezidentin göstəriş və tapşırıqlarını yerinə yetirən insanlardırlar. Ona görə də həmin şəxslərin dövlət başçısı tərəfindən bəyənilməsi əsasdır. Prezident seçir və təyin edir, sonra da iş tələb edir. Gənc kadrların önə çəkilməsinə müsbət baxıram. İş prosesində onunla daha yaxından tanış olacağıq. Mirhəsən Seyidova xeyir-dua verirəm, uğurlar arzu edirəm, problemləri çox olan rayonda – Neftçalada əl-ələ verib işləyəcəyik” – S.Rüstəmxanlı qeyd edib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …