Bazar ertəsi , 6 Aprel 2026

autor

Bakı şəhər İcra Hakimiyyətindən dezinfeksiya XƏBƏRDARLIĞI

Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 binanın dezinfekciya işləri mərhələli şəkildə aparılır və qısa müddətdə başa çatdırılacaq. Bu barədə APA -ya Bakı şəhər İcra Hakimiyyətindən bildirilib. Eyni zamanda Bakıda 346 bagça pilləli şəkildə dezinfeksiya edilir: “Həmçinin kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə BŞİH tərəfindən xəbərdarlıq edilib ki, onlara aid olan bina ve həyətlərdə dezinfekciya işləri qısa muddətdə …

Read More »

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub – FOTOLAR

Bu gün muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir. Boyukmillet.com xəbər verir ki, martın 4-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant …

Read More »

ATƏT PA-nın vitse-prezidenti “Nezavisimaya qazeta”nı müdafiə etdi

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev Rusiyanın “Nezavisimaya qazeta” nəşrini müdafiə edib. Boyukmillet.com xəbər verir ki, A. Quliyev bu barədə öz “Twitter” səhifəsində yazıb.Azay Quliyev vurğulayıb ki, Rusiya Federasiyasındakı Ermənistan səfirliyinin “Nezavisimaya qazeta”ya qarşı qaldırdığı iddiaya səbəb, nəşrin 1988-ci il Sumqayıt hadisələri barədə dərc etdiyi ifşaedici yazının erməni lobbisini təşvişə salmasıdır: “Azərbaycan ictimaiyyəti “Nezavisimaya qazeta”nın …

Read More »

Türkiyədə İŞİD-in cəlladı oğlu ilə birlikdə tutuldu

İŞİD terror təşkilatının Suriya əsilli cəlladı və oğlu Türkiyənin Bursa əyalətinin İnegöl rayonunda tutulublar.  Boyukmillet.com xəbər verir ki, onlar Türkiyənin Kocaeli əyalətinin polis əməkdaşları tərəfindən tutularaq Bursaya aparılıblar. Bildirilib ki, Əbu Taki Alshamay kod adlı 50 yaşlı Y.A.A. İŞİD-in cəlladlarından və oğlu K.E. isə qruplaşmanın “kəşfiyyat” sahəsi üzrə məsul şəxslərindən biri olub. Məlumata görə, araşdırmadan sonra onlar Türkiyədən deportasiya ediləcək

Read More »

Prezident Tovuz rayonunda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. APA xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Read More »

Elina Hacıyevanın məhkəməsindən YENİ XƏBƏR

Bakı Apelyasiya Məhkəməsində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova və Kliniki Tibbi Mərkəzin həkimləri barəsində cinayət işinin başlanması ilə əlaqədar məhkəmə qərarından valideynlərinin verdiyi şikayətə baxılıb. APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən E. Hacıyevanın valideyninin şikayəti təmin edilməyib. …

Read More »

Bakıda və Sumqayıtda 50-yə yaxın şəxsin əmək müqaviləsi olmadan işlədiyi üzə çıxdı

Vergilər Nazirliyinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən “Ən Ucuz Market”lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan ümumilikdə 33 nəfər fiziki şəxsin işə cəlb olunduğu aşkar edilib.  Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, həmin obyektlərin hər birində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim …

Read More »

İlham Əliyev Ağstafada açılış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gedib. Dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Read More »

Almaniya koronavirus səbəbilə 12 azərbaycanlını deportasiya edə bilmədi – FOTO

Almaniyanın Daxili İşlər Nazirliyi ilə Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) 12 Azərbaycan vətəndaşı ilə bağlı məhkəmə qərarını icra edə bilməyib. Boyukmillet.com “report”a istinadla xəbər verir ki, fevralın 28-də Almaniyanın paytaxtı Berlindəki qaçqın yataqxanasında saxlanılan 12 azərbaycanlı sığınacaq axtaran barəsində “Dublin anlaşması”na əsasən İtaliyaya göndərilməsi ilə bağlı qərar icra edilməli idi. Paytaxtdakı deportasiya mərkəzində saxlanılan Azərbaycan vətəndaşları gecə saat 3 radələrində avtobusa …

Read More »

Türk ordusundan ağır zərbə: Əsədin 5-ci generalı məhv edildi

Türkiyənin İdlibə endirdiyi aviazərbələr nəticəsində Suriya ordusunun general-mayoru Ramazan Yusif məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu məlumatı Suriya KİV-ləri yayıb. Öldürülən generalın Suriya ordusunun 9-cu diviziyasının komandiri və Hərbi Təhlükəsizlik Komitəsinin rəhbəri olduğu vurğulanıb. Qeyd edək ki, İdlibdə vəziyyət gərginləşəndən bu yana Əsəd rejiminin 4 generalı Türkiyə tərəfindən məhv edilmişdi. Bu generallar Burxan Rəhman, İsmayıl Əli, Adnan əl-Masxara və Mahmud …

Read More »