Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İlham Əliyev Ağstafada açılış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gedib.

Dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub.

“Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Check Also

Xudafərinin azad olunmasından 6 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür.Boyukmillet.com xəbər verir ki, Azərbaycan …