Bazar ertəsi , 6 Aprel 2026

autor

İran Rusiyadan kömək istədi

İran koronavirusla mübarizədə Rusiyadan kömək istəyib. “Ria Novosti”nin xəbərinə görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlama verib.“Biz bütün ölkələrdən, o cümlədən tərəfdaşlarımızdan gələn humanitar yardımları qiymətləndiririk”,- deyə səfir qeyd edib.Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin yeni tip koronavirusun yayılmasına qarşı çıxmaq üçün Rusiyanın İrana yardım göstərməyə hazır olduğunu bildirmişdi. 

Read More »

Seymur Talıbov FİDE-nin 90-cı konqresində iştirak edir

Boyukmillet.com xəbər verir ki Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Beynəlxalq Şahmat Federasiyasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edib. 26 fevraldan başlayan konqres martın 1-də başa çatıb. Konqresdə “Şahmat Tacı” uğrunda keçiriləcək final oyununun yeri və təxmini tarixi açıqlanıb. Final görüşünün Dubayda “Expo-2020” çərçivəsində keçiriləcəyi və dekabr ayının sonlarında başlanılacağı …

Read More »

Prezident və Birinci xanım xəstəxana açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu.Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşdü.Sonda …

Read More »

Türkiyə DƏHŞƏTLİ SİLAHINI dünyaya nümayiş etdirdi – VİDEO

Türkiyə mənbələri ordunun istifadəsinə verilən “sürü pilotsuz aparatlar”la bağlı yeni məlumatlar yayıb. Yeni pilotsuz kamikadze aparatların ən böyük özəlliyi onların GPS sistemi olmadan uça bilməsidir. Bu da onların düşmən radarları tərəfindən müəyyən edilməsini çətinləşdirir. Məlumata görə, proqram bir neçə aparata yüklənir. Digər aparatlar isə proqram yüklənən əsas cihazları təqib edir. Yerli mənbələr yazır ki, Suriyadakı son döyüşlər Türkiyə Hava Qüvvələrinin …

Read More »

Rejim əsgərləri gizlənməyə deşik axtarır – Baxçalı

Rejimin İdlib hücumundan sonra “Bahar qalxanı” əməliyyatı başladıldı. Alınacaq qisasımız var. Rejim əsgərləri gizlənməyə deşik axtarırlar. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib. “Türkiyə İdlibdəki müharibə oyunlarının içində deyil. Məqsədimiz vətənimizin, sərhədimizin, torpağımızın və insanlarımızın təhlükəsizliyini təmin etməkdir. Əgər İdlibdən geri çəkilsək, Hataydan da ola bilərik. Bu baş verərsə, Suriyadakı xaosu Anadoluda görə bilərik”, – …

Read More »

29 mart istehsallı SƏBA toyuqları – Şirkət səbəbi 29 fevrala bağladı – FOTO

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C. Qurbanov küçəsi, məh. 4057/4060 ünvanında yerləşən “Xəzər” marektdən aldığım “SƏBA” istehsalı olan toyuqların üzərində istehsal tarixi olaraq 29 mart 2020-ci il göstərilib. Satıcıya hələ mart ayının əvvəlində olduğumuzu xatırlatdıqda isə bunu şirkət tərəfindən yol verilən texniki yanlışlıq olduğunu bildirib. Məsələ ilə bağlı “SƏBA” Açıq Səhmdar Cəmiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, fevral ayının 4 …

Read More »

Rauf Arifoğlu təkrar seçkilərdə dairəsini dəyişəcək? – Özü AÇIQLADI

Kütləvi İnformasiya Vasitələrində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun təkrar parlament seçkilərində dairəsini dəyişəcəyi haqqında informasiyalar yayılıb. İddialara görə, R. Arifoğlu təkrar seçkilərə 33 saylı Xətai birinci seçki dairəsindən qatılacaq. Boyukmillet.com bildirirki, Modern.az bu barədə baş redaktorun özündən münasibət alıb. R.Arifoğlu iddiaları təkzib edib: “Seçkilərin nəticəsi hələ təsdiqlənməyib, təkrar seçkilər elan edilməyib. Ona görə, hazırda təkrar seçki və iştirak mövzusu aktual …

Read More »

Manat yenə “öləcək” – Ekspert həyəcan təbili çalır

“Keçən ilin noyabr ayından 2020-ci ilin fevralın 1-nə qədər olan dövrdə ölkədə fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat geriləyib – fiziki şəxslərin xarici valyutadakı əmanətləri 495 milyon 747 min manat azalıb, milli valyutadakı əmanətlər isə 273 milyon 121 min manat artıb”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, valyutada olan əmanətlərin azalmasına …

Read More »

Əsəd ordusunun əsgərləri ələ keçirildi – Video

İdlibdə davam edən “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya Milli Ordusu tərəfindən çoxlu sayda rejim əsgərləri saxlanılıb. Rejim əsgərlərinin tutulduğu anlar sosial şəbəkələrdə ən çox paylaşılan videolar arasında yer alıb. https://www.youtube.com/watch?v=CjqkFg-Gm7I&feature=emb_logo

Read More »

İranda koronavirusa yoluxan deputatların sayı 23-ə çatdı

İranda koronavirusa yoluxan deputatların sayı artıb. Boyukmillet.com “Al Arabiya”ya istinadən xəbər verir ki, İran parlamentinin 23 deputatında koronavirus testi müsbət çıxıb. İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 1501 nəfərdir. Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub.  Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb. Xatırladaq …

Read More »