Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Seymur Talıbov FİDE-nin 90-cı konqresində iştirak edir

Boyukmillet.com xəbər verir ki Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Beynəlxalq Şahmat Federasiyasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edib.

26 fevraldan başlayan konqres martın 1-də başa çatıb. Konqresdə “Şahmat Tacı” uğrunda keçiriləcək final oyununun yeri və təxmini tarixi açıqlanıb. Final görüşünün Dubayda “Expo-2020” çərçivəsində keçiriləcəyi və dekabr ayının sonlarında başlanılacağı məlum olub.
Beynəlxalq Şahmat Federasiyasının ümumi yığıncağında yeni Nizamnamə təsdiq edilib. Konqresdə federasiyaya yeni üzvlər də qəbul olunub. Bunlar Çad, Ekvatorial Qvineya, Kayman adaları, Qrenada, Sent-Lyusiya, Sent Kits və Nevis federasiyalarıdır. Bununla da, üzv olan ölkələrin sayı 195-ə çatdırılmaqla Beynəlxalq Şahmat Federasiyası hal-hazırda dünyada ən çox üzvə malik dördüncü idman federasiyası olub.
Konqresdə bu il oktyabr ayında Naxçıvan şəhərində keçiriləcək on altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası ilə bağlı məsələlər də müzakirə ­olunub.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …