Bazar ertəsi , 6 Aprel 2026

autor

Lalə Şövkət Türkiyəyə başsaglıgı verdi.

Azərbaycanın keçmiş dövlət katibi Lalə Şövkət Türkiyəyə baş saglıgı verib. Boyukmillet.com xəbər verir ki bu haqda ALP sədri Əvəz Temirxan sosial şəbəkə hesabında məlumat verib. Məlumatda deyilir: Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət türk əsgərlərinin İdlibdə şəhid olması ilə bağlı kədərləndiyini bildirir, şəhidlərin ailə üzvlərinə və yaxınlarına, qardaş Türk Xalqına, Türk Cümhuriyyəti rəhbərliyinə dərin hüznlə başsağlığı verir. Allah şəhidlərə …

Read More »

ABŞ Talibanla barışıq imzaladı – 19 illik müharibəyə son!

Dünya Suriyanın şimal-qərbində – İdlibdəki hadisələri seyr edərkən, bu gün Yaxın Şərqin başqa bir ölkəsində tarixi bir müqaviləyə imza atıldı. 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğalı ilə hakimiyyətdən uzaqlaşdırılmış Talibanla sülh müqaviləsi bu gün Qətərdə rəsmi olaraq imzalandı. Boyukmillet.com xəbər verir ki, 19 illik müharibəyə son qoyacaq razılaşma ilə, 8,5 min ABŞ-dan olan 14 min əsgər ölkəni tərk edəcək, müddəti 14 aydır. …

Read More »

Xalq artisti Qədir Rüstəmovun 85 illik yubileyi qeyd olunub

Fevralın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun 85 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Konsertdə Qədir Rüstəmovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.Əvvəlcə Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən slayd nümayiş olunub. Tədbirin aparıcısı tanınmış jurnalist Fəxrəddin Hacıbəyli Qədir Rüstəmovun həyat yolundan, bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması …

Read More »

İranda koronavirus şübhəlilərinin saxlandığı xəstəxana yandırıldı

İranda qrup şəxs koronavirus saxlandığı iddia edilən xəstəxananı yandırıb. Boyukmillet.com xarici KİV-ə istinadlaxəbər verir ki, İranda bir qrup şəxs koronavirus şübhəlilərinin digər xəstələrlə birlikdə saxlandığı iddiası ilə xəstəxananı yandırıblar. Hadisə səbəbilə çox yanğınsöndürən maşınlar çağrılıb. Ancaq, verilən rəsmi açıqlamada həmin xəstəxanada koronavirus daşıyıcısının olmadığı bildirilib.

Read More »

Seymur Talıbov FİDE-nin 90-cı konqresində iştirak edir – YENİLƏNƏCƏK

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov FİDE-nin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edir. 26 fevraldan başlayan konqres martın 1-də başa çatacaq.  Qeyd edək ki, on altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu il oktyabrın 2-dən 12-dək Naxçıvan şəhərində keçiriləcək. Konqresdə bu mötəbər yarışla bağlı məsələlər də müzakirə olunub.

Read More »

Arif Hacılı da Prezident Administrasiyasına çağırıldı

“Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim”. Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.“Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim”, – A.Hacılı əlavə edib. (bakupost)

Read More »

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı – SƏBƏB

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib. Boyukmillet.com bildirir ki, bu barədə Yenicag.az-a AZAl-dan məlumat verilib. Məlumata görə, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.

Read More »

Dünən Putinə dedim ki… – Ərdoğan DETALLARI AÇDI

Dünən hörmətli Putinə də dedim ki, sizin orda nə işiniz var? Baza quracaqsınızsa, yenə də qurun, amma bu anda bizim önümüzdən çəkilin, rejimlə baş-başa buraxın bizi. Bu sözləri Türkiyə lideri ərdoğan ötən gün Rusiya lideri Putinlə telefon danışması ilə bağlı AKP-nin İstanbul millət vəkilləri ilə Dolmabaxça Ofisində görüşündə deyib. (axar.az)

Read More »

Bakıda gənc qız pnevmoniyadan öldü

Bakıda 26 yaşlı qadın pnevmaniyadan dünyasını dəyişib. TƏBİB-dən Axar.az-a verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. “Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmaniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq.

Read More »