Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycanda 6 yaşlı uşaq qripdən ölüb? – Nazirlikdən AÇIQLAMA

Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, C.İsayev Trend-ə açıqlamasında Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da bu müəssisədə koronavirusdan ölüm halının baş verməsi …

Read More »

Zəlzələ sakinləri küçədə gecələməyə vadar etdi – FOTO

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda gecə saatlarında iki zəlzələ baş verib. “Haber Global”ın yaydığı məlumata görə, yerli vaxtla 02:32-də baş verən zəlzələ 4,5 bal gücündə olub. Zəlzələnin episentrinin 6.97 kilometr dərinlikdə olduğu bildirilib. Saat 03:03-də eyni ərazidə yenidən zəlzələ baş verib. Bu zaman 4,2 bal gücündə olan zəlzələnin episentri 7,03 kilometr dərinlikdə olub. Bundan əvvəl Türkiyədə baş verən zəlzələnin qorxusunu …

Read More »

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 yaşı tamam olu

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 illik yubileyi qeyd edilib. Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, elm adamları və şəhər ziyalıları iştirak ediblər. Niyazi Bayramov yubilyarı təbrik edərək bildirib ki, Fuad Əliyev xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlardandır. Fuad müəllim uzun illərdir ki, elm …

Read More »

Siqaretlər bahalaşdı – Yeni qiymətlər

Bu gün bir sıra market və dükanlarda siqaretlər fərqli qiymətlə satılmağa başlanılıb. Boyukmillet.com xəbər verir ki, qiyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlər 20 qəpik, qiyməti 2 manat 50 qəpikdən baha olan siqaretlər isə 30 qəpik baha satılıb. Şəhərin bir sıra dükan və marketlərində isə köhnə qiymətlər qalmaqda davam edir. Həmin mağaza sahibləri bildirib ki, onlar daha əvvəl aldıqları siqaretləri …

Read More »

Virus hücumu: Azərbaycanda qiymət artımı olacaqmı?

Koronavirusun dünya iqtisadiyyatına böyük təsiri olacaq. Bu virus Çinin həm özünə mənfi təsir edəcək, həm də ölkədən xaricə idxal edəcəyi məhsulların satışının kəskin azalması ilə nəticələnəcək. Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov koronavirusun dünya iqtisadiyyatına təsirləri barədə Boyukmillet.com -a danışarkən deyib. İqtisadçı bildirib ki, Azərbaycan Çinlə digər böyük dövlətlər kimi geniş iqtisadi, siyasi, mədəni əlaqələrə malik olmasa belə, mart ayına kimi …

Read More »

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə konfrans keçirildi

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda RAGB-nin fəalları, Azərbaycan diasporunun, Rusiyanın dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndələri, bloqqerlər iştirak ediblər. Tədbirdə elm və təhsil, idman, mədəniyyət və digər sahələrdə birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə olunub. RAGB layihələrinin əlaqələndiricisi Ramin …

Read More »

Naxçıvanda da koronavirusla bağlı xüsusi palatalar ayrıldı

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni koronavirus aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. Hazırda xəstəlik viruslarının artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılması davam etməkdədir. Qeyd olunub ki, muxtar respublika ərazisində koronavirus infeksiyasının yayılma ehtimalı olmasa da, onun …

Read More »

İlham Əliyev Maqomed Qurbanova orden verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Maqomed Səidoviç Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Read More »

İsraildən koronavirusla bağlı vacib AÇIQLAMA

Tibbi maskalar koronavirusdan qorunmağa tam zəmanət vermir. “RİA Novosti”nin məlumatına görə, bu barədə İsrailin Tel-a-Şomer klinik mərkəzinin infeksionisti Vladislav Litaçevski bəyan edib. Onun sözlərinə görə, tibbi maskalar yoluxma ehtimalını azaldır, ancaq 100 faiz zəmanət vermir: “Müdafiə bir sıra amillərdən asılıdır. Məsələn, materialın nə qədər məsaməli olması vacibdir. Bu, onun hansı zərrəcikləri buraxa biləcəyinə təsir göstərir”. “Bizdə hələ nədən müdafiə olunmaq istədiyimizlə bağlı tam anlayış …

Read More »

Vilayət Eyvazov məşhur generalı təqaüdə göndərdi.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub. O, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Boyukmillet.com” faktı təsdiqləyib: “Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib”. Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər …

Read More »