Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Vilayət Eyvazov məşhur generalı təqaüdə göndərdi.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.

O, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Boyukmillet.com” faktı təsdiqləyib: “Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib”.

Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …