Bazar ertəsi , 6 Aprel 2026

autor

“Özümü orada oturmağa layiq bilmirəm” – Afaq Bəşirqızı Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırdı

“Mən Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıram”.Bunu açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.O, Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən konfransında oturmağı özünə layiq bilmədiyini qeyd edib: “Ona görə də tədbiri yarımçıq tərk etdim. Mən Cənab Prezidentin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətə …

Read More »

Samir Adıgözəlli Kocaelidə Xocalı soyqırımı parkının salınmasına razılıq aldı – FOTO

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Türkiyənin Kocaeli şəhərində həyata keçirdiyi layihə başa çatıb. Oktyabr ayının 15-19 tarixlərində İSBAM nümayəndə heyəti Türkiyədə məhsuldar görüşlər və bir neçə tədbir keçirməyə müvəffəq olub. Səfər proqramında İSBAM nümayəndə heyətini 4 nəfər təmsil edib. Tərkibdə qurum rəhbəri Samir Adıgözəlli, İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı, bu yazının …

Read More »

“Dedi ki, Muradı möhkəm döyün, zərbələr ona yox, cinə dəyir”

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 26 yaşlı Murad Soltanovu cin çıxarmaq adı ilə döyərək öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam edir. Onlar özlərini təqsirli bilməyərək ifadə verməkdən imtina ediblər. Məhkəmənin baxış mərhələsində olduğu dövrdə onların istintaqa verdiyi ifadələr məlum olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, onların başçısı sayılan Füzuli Qəribov ifadəsində deyib ki, Şabran rayonuna səfər edən turistlərə tərcüməçilik etmək və …

Read More »

Abutalıbovu qəbul edən Əliyevdən qocaman kadrlara mesaj: “Yaşınız keçib, nümunə götürün”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.boyukmillet.com Azərtac-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev dedi: Hacıbala müəllim, siz bu gün mənə Baş Nazirin müavini vəzifəsindən azad olunmağınızla bağlı ərizə göndərmisiniz. Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim. Uzun illərdir ki, …

Read More »

İSBAM-la TADEF arasında əməkdaşlıq protokolu imzalandı

Müstəqilliyimizin 28-ci ildönümü günündə Türkəyənin Kocaeli şəhərində İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ilə Türkiyə-Azərbaycan Dərnəkləri Fedarasyonu (TADEF) arasında əməkdaşlıq protokolu imzalanıb. Hər iki qurumun rəhbəri- Samir Adıgözəlli və Bilal Dündar tərəfindən imzalanan protokolda qeyd olunur ki, bundan sonra sözügedən qurumlar bir-biri ilə sıx əməkdaşlıq şəraitində çalışacaq və hər iki ölkədə keçiriləcək tədbirlərdə bir-birinə qarşılıqlı dəstək verəcəklər.

Read More »

Əli Kərimlinin tərəfdarları ultimatum yaydılar: Azərbaycana Suriya perspektivi vəd olunur

Müxalifət düşərgəsində yeni, verilmiş əmr əsasında qarşıdurma yaşanır. Bu dəfə AXCP ilə Müsavat arasındakı uçurumun daha da böyüməsi üçün əllərindən gələni edənlər həmin partiyaların sədrləri yox, xarici ölkələrdə səngərlənmiş şəbəkə müxalifətinin mənsublarıdır. Dünən Bakının mərkəzində, “28 May” metrostansiyasının qarşısında icazəsiz aksiya keçirməyə çalışan AXCP və “Milli Şura”nın bəyan etdiklərinin tam əksinə olaraq, müxalifət düşərgəsindən heç bir partiya onları dəstəkləməyib. Aksiyada …

Read More »

120 saatın bitməsinə az qalmış PENTAQONDAN açıqlama: Bölgədə qalacağıq!

ABŞ Müdafiə naziri Mark Esperin verdiyi açıqlamaya görə, Amerika neft yataqlarının təhlükəsizliyini təmin etmək iddiasını irəli sürərək hərbi qüvvələrini bölgədə qoya bilər. https://boyukmillet.com Türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ Suriyada YPG-li terrorçulara kömək etmək məqsədiylə göndərdiyi hərbi qüvvələrini geri çəkdiyini bildirmişdi. Oktyabrın 17-də qəbul edilən sazişdən sonra terrorçuların 120 saat ərzində geri çəkilməsinə az qalmış bir müddətdə Pentaqon tərəfindən …

Read More »

Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi, Oqtay Şirəliyevsə…

Baş nazirin iki müavini – Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarılıb. boyukmillet.com Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib.Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev də vəzifəsindən azad olunacaq. Qərarlar yaxın günlərdə rəsmən açıqlanacaq.Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər Kabinetində islahatların aparılması ilə əlaqədardır. Qeyd edək ki, 75 yaşlı Hacıbala Abutalıbov 2001-2018-ci …

Read More »

“Əli Kərimli polisləri yaralayıb, başını avtobusa özü vurub” – Baş Prokurorluq

Baş Prokurorluq Milli Şuranın oktyabrın 19-da keçirilən mitinqi ilə bağlı açıqlama yayıb. Açıqlamanı olduğu kimi təqdim edirik:  “Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid “facebook” səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmış məlumatlar və ictimai qaydanın kobud pozuntusu …

Read More »

“Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

Azərbaycan prezidenti Türk Şurası ölkələrinin başçılarının Bakıda keçirilən iclasında bildirdi ki, 20-ci əsrin əvvəllərində sovet rəhbərliyi tərəfindən Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana verilməsi türk dünyasını parçalayıb. boyukmillet.com Vesti.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Zəngəzurla bağlı vəziyyəti şərh edib.“Türk Şurası ölkələrinin dövlət başçılarının iclasında Prezident Əliyevin bəyanatı tarixçi kimi mənim üçün gözlənilməz olmadı. Əksinə, …

Read More »