Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

“Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

Azərbaycan prezidenti Türk Şurası ölkələrinin başçılarının Bakıda keçirilən iclasında bildirdi ki, 20-ci əsrin əvvəllərində sovet rəhbərliyi tərəfindən Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana verilməsi türk dünyasını parçalayıb.

boyukmillet.com Vesti.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Zəngəzurla bağlı vəziyyəti şərh edib.
“Türk Şurası ölkələrinin dövlət başçılarının iclasında Prezident Əliyevin bəyanatı tarixçi kimi mənim üçün gözlənilməz olmadı. Əksinə, uzun illər onun bu cür bəyanatla çıxış edəcəyini gözləyirdim.
Dünya şöhrətli tarixçilər bilir ki, 1924-cü ildə Zəngəzurun bolşeviklər tərəfindən Azərbaycandan Ermənistana verilməsi qeyri-legitim və volyuntaristcəsinə olmuşdur. Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında yeganə qanuni sərhəd 1921-ci il Qars sülh müqaviləsi üzrə yaranmış sərhədlərdir və Cənubi Qafqaz ərazilərinin mənsubluğu ilə bağlı vəziyyət gec-tez gəlməlidir və əminəm ki, mütləq bu statusa gələcəkdir.
Qars müqaviləsinin şərtlərinə görə, Zəngəzur Azərbaycanın tərkibində idi. Yerevandan olan fantazyerlər bu barədə danışmazdılar. Onlar bilməlidirlər ki, Zəngəzuru Ermənistana birləşdirən, özləri buna inandıqları kimi, onların şişirtdikləri “milli qəhraman”ı Nijde olmayıb, bu səhvi Kirov və Orconokidzenin başçılığı ilə Zaqafqaziya bolşevikləri törədiblər və bu tarixi səhvi düzəltmək lazımdır.
Bəzən müasir dövrün ideoloqları keçmişin tarixi reallıqları ilə üst-üstə düşməməkdə təkid edirlər. Lakin mənim bu düşüncəm Krımın bir vaxtlar RSFSR-dən Ukraynaya verildiyi və Dnestryanının Ukraynadan Moldovaya keçdiyi kimi, Zəngəzurun da  tamamilə qeyri-qanuni olaraq Ermənistan bölgəsinə çevrildiyi iddiasının doğruluğunu inkar etmir.



Sovet İttifaqında, bilmirəm, səfehlikdən, yaxud da qəsdən-müxtəlif illərdə regionların bir müttəfiq respublikanın yurisdiksiyasından başqa bir respublikanın tərkibinə verilməsi ilə bağlı çoxlu sayda “səhv”, yaxud qəsdən belə haqsızlıqlar törədilib. Hansı ki, bu da Sovet İttifaqının süqutundan sonra yerli müharibələrlə nəticələnən  bir sıra ərazi mübahisələrə və münaqişələrə səbəb olub. Bunların içində Qarabağ müharibəsi yalnız bir epizoddur. Mən qəti əminəm ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı indiki problemlərin hamısının  kökü məhz burdan qaynaqlanır .
Müasir Rusiyada da, Azərbaycanda bu gün xeyli adam xatırlayar ki, öz Konstitusiyasına uyğun olaraq indiki Azərbaycan Respublikası yalnız öz dövlət sisteminə və siyası rejiminə görə deyil, həm də öz ərazisi ilə ADR-in varisidir. ADR-in dövründə isə, hamıya yaxşı məlum olduğu kimi, Zəngəzur Azərbaycanın tərkib hissəsi və ayrılmaz hissəsi idi.
Ona görə də Prezident Əliyev öz statusundan irəli gələrək,  Konstitusiyanın qarantı olaraq, gec-tez, əlverişli siyasi konyukturanın yarandığı bir vaxtda bu məsələni qaldırmağa sadəcə  borclu idi. Bir sözlə, bir peşəkar tarixçi və hüquqşünas kimi mənidə bu məsələnin prezident Əliyev tərəfindən qoyulması faktı o qədər də təəccüb doğurmadı. Bir daha təkrar edirəm, o, bunu Azərbaycan Respublikasının Prezidenti kimi və onun Konstitusiyasının təminatçısı kimi etməyə borclu idi. Bununla bağlı heç bir sualım yoxdur”.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …