Bazar ertəsi , 6 Aprel 2026

autor

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib, müvafiq tapşırıqlar verilib

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib. Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı …

Read More »

Ersin Tatar Azərbaycana başsağlığı verdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə rəsmi “X” hesabında yazıb. “Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını böyük kədərlə öyrəndim. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə …

Read More »

Azərbaycan məscidlərində təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq

Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq. Bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Qeyd edilib ki, qəzada həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib, yaralananların tezliklə şəfa tapmasını arzuladığını diqqətə çatdırıb. Xatırladaq …

Read More »

Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb

Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzasında Bakı-Qroznı reysinin 29 sərnişini xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, siyahıda 14 Azərbaycan vətəndaşı, 8 rusiyalı (birinin yaşı və soyadı hələ məlum deyil), 3 Qırğızıstan vətəndaşı var. Üç nəfərin vətəndaşlığı müəyyən edilməyib, onlardan bir kişi və bir qadının şəxsiyyəti də müəyyən edilməyib, 11 yaşlı qız isə Çeçenistanəsilli olsa da, Almaniyada …

Read More »

Baş Prokurorluq: Son məlumata görə, 32 nəfər təyyarə qəzasından sağ çıxıb

Son məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədən 32 nəfər sağ çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib. O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir: “Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə …

Read More »

Sevinc Xəlilovadan nə istəyirlər???

Dünən axşam saatlarında redaksiyamıza olunmuş vətəndaş zəngi ilə əlaqədar olaraq bu gün səhər Binəqədi rayonu,DYP-nin alt hissəsi ,VII məhəllə ev 007 ünvanına getdik. Dünən bizə zəng edərək imdat diləyən Pakizə ana ilə görüşdük. Pakizə Dadaşova bizə qızı Sevinc Xəlilovanın şərlənərək həbsedilmə təhlükəsi qarşısında qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını bildirib. Lakin qızı ölkəni tərk etdikdən sonra bu problemlər bitmək …

Read More »

Tokayev təyyarə qəzası ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında göstəriş verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik edəcəyi dövlət komissiyası yaradılıb. Bu barədə “Report” “Kazinform”a istinadən xəbər verir. Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərin lazımi dəstəklə təmin edilməsi haqqında sərəncam verib. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda Aktau şəhər hava limanı açıqdır və ştat rejimdə fəaliyyət göstərir.

Read More »

İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Aktaudakı təyyarə qəzasını araşdırmağa gedib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bir sıra dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxıstana yola düşüblər. “Report”un məlumatına görə, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə …

Read More »

Qazaxıstan Nəqliyyat Nazirliyi: Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub. Bu barədə “Report” Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir. “İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – nazirliyin məlumatında bildirilib. https://core.telegram.org/widgets

Read More »