İsrail Müdafiə naziri İsrael Kats Yəməndəki husi üsyançılarının liderlərinə hədə-qorxu gələrək ilk dəfə rəsmən ölkəsinin Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmail Haniyənin məhv edilməsində iştirakını etiraf edib. Boyukmillet.com xəbər verir ki, müdafiə nazirinin sözlərini “Ynet” portalı yayıb. “Biz onlara (husilərə – red.) ciddi zərər vuracağıq, onların strateji infrastrukturuna zərər vuracağıq və Tehranda Haniyə, Qəzzada [onun varisi Yəhya] Sinvar …
Read More »Cozef Bayden 2025-ci maliyyə ili üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib
ABŞ Prezidenti Cozef Bayden ölkənin 2025-ci maliyyə ili (oktyabrın 1-də başlayıb) üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin dərc etdiyi bəyanatda bildirilib. Sənəddə qeyd olunub ki, “Prezident 2025-ci maliyyə ili üçün əsasən ABŞ Müdafiə Nazirliyinin proqramları və hərbi tikinti, ABŞ Energetika Nazirliyinin milli təhlükəsizlik sahəsindəki proqramları və kəşfiyyat sahəsindəki …
Read More »Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elmin Rüstəmov iş üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim təyin edilib. Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. “Merkorama” MMC-nin baş direktoru …
Read More »Serbiyada 15 nəfərin öldüyü qəzadan sonra izdihamlı etirazlar başlayıb
Etirazçılar qəzanı korrupsiya ilə əlaqələndirirlər 2024-cü il noyabrın 1-də Serbiyanın ikinci ən çox əhalisi olan Novi Sad şəhərinin dəmiryol vağzalında beton talvarın uçması nəticəsində 15 nəfərin ölümündən sonra ölkə boyu genişmiqyaslı etirazlar başlayıb. Etirazçılar talvarın uçmasını infrastruktur layihələrindəki korrupsiya və səhlənkarlıqla əlaqələndirirlər. Dekabrın 22-də tələbələr, fermerlər və həmkarlar ittifaqları üzvləri Belqradın mərkəzi meydanında Prezident Aleksandar Vuçiç hakimiyyətinə qarşı mitinqlər keçiriblər. Mitinqdə qurbanların xatirəsi …
Read More »“Keşlə bazarı”nda söküntü işləri təxirə salınıb
Bakıda “Keşlə bazarı”nda söküntü işlərinə başlanılması gələn il fevralın 1-nə qədər təxirə salınıb. Boyukmillet.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu addım bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq atılıb. Xatırladaq ki, qurum Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına …
Read More »Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində növbəti görüş oldu
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan filialının ev sahibliyində iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir qrup jurnalist ilə 3-cü görüş keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyindən bildirildiyinə görə, görüşdə əməkdaşlıq, görülən işlər, yeni tərəfdaşlıq istiqamətləri və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Read More »ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb
Dövlət Departamenti həbs və təzyiq risklərindən narahatdır ABŞ öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb. Bununla bağlı bəyanat Dövlət Departamentinin saytında yerləşdirilib. “Belarus hakimiyyətinin yerli qanunları özbaşına yerinə yetirməsi və həbs olunma riski, Rusiyanın Ukraynaya qarşı müharibəsinə davamlı dəstəyi, regional qeyri-sabitlik və gözlənilməzliyin artması səbəbindən Belarusa səfər etməyin. Belarusda olan ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, – Dövlət Departamentinin bəyanatında deyilir. …
Read More »Prokuror Teymur Kərimova 9 il həbs cəzası istədi
Ona həmçinin 2 il 6 ay jurnalistika ilə məşğul olmaq qadağan edilə bilər “Kanal 11” internet televiziyasının rəhbəri, bir ildən çoxdur həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı onun 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinməsini, əlavə cəza kimi ona …
Read More »Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının bir neçə üzvünü öldürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Yaxın Şərq ölkəsinin Qara bölgəsində keçirilmiş əməliyyat nəticəsində qruplaşmanın altı üzvü zərərsizləşdirilib. Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
Read More »Almaniyada izdihama hücumda ölənlərin sayı 5 nəfərə çatıb
205 nəfərin xəsarət aldığı açıqlanıb Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərindəki Milad bazarında maşınla insanların üzərinə hücum edən şəxsin kimliyinin məlum olduğu bildirilir. Milad bazarına edilən hücumla bağlı 50 yaşlı Taleb A. (soyadı açıqlanmır) saxlanılıb. O, Maqdeburqdan 45 kilometr aralıda yerləşən Bernburq şəhərində psixiatr və psixoterapevt işləyir. Həmin şəxsin mənzilində axtarış aparılıb. Polisin məlumatına görə, hücum edən heç kimlə əlbir olmayıb. Almaniya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar