Patel Bakını hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa çağırıb ABŞ Rüfət Səfərovun saxlanılması ilə bağlı prosesi diqqətlə izlədiyini və xəbərdən narahat olduğunu açıqlayıb. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel “Turan”a deyib. Vedan Patel. Foto: Turan. “Hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq”, – deyə Dövlət Departamentinin mətbuat katibinin müavini bildirib. …
Read More »Rüfət Səfərovun həbsi ilə bağlı Şvabedən Əliyev hakimiyyətinə kinayəli reaksiya
“Əliyevin ailə hakimiyyəti AŞPA-ya qayıtmaq üçün şərtləri yerinə yetirməyə hazırdır” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe azərbaycanlı hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun saxlanılmasına reaksiya verib. Bu barədə Frank Şvabe “X” platformasındakı hesabında yazıb. O, baş verənləri İlham Əliyevin “sülalə hakimiyyəti”nin siyasəti kimi dəyərləndirib. Şvabe prosesi kinayə ilə belə şərh edib: “Rüfət Səfərovun …
Read More »Yerevanda tətil edən avtobus sürücüləri işdən çıxarılıb
“Meriya heç bir şantaja boyun əyməyəcək” Yerevan meriyası iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil edən 18 avtobus sürücüsünü şəhər hakimiyyətini şantaj etməkdə ittiham edərək işdən çıxarıb. “OC Media” yazır ki, çərşənbə axşamı avtobus sürücüləri tətilə çıxdıqları gün işdən qovulublar və Yerevan merinin müavini Suren Qriqoryan bu sayın arta biləcəyini təklif edib. Yerevan meri Tiqran Avinyan vəzifəsindən azad edilməzdən əvvəl demişdi ki, meriya …
Read More »Gürcüstanın Konstitusiya Məhkəməsi seçkilərin ləğvi ilə bağlı iddiaları qəbul etməyib
Yalnız iki hakim fərqli rəy bildirib Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı prezidentin və 30 müxalifətçi deputatın iddialarını baxılmaq üçün qəbul etməyib. “Qərar qətidir və şikayətə baxıla bilməz”,- deyə mətndə qeyd olunub.Qətnamənin mətnində deyilir:“1848 və 1849 saylı konstitusiya iddiaları mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməməlidir”. Qərar hakimlərin plenumu tərəfindən qəbul edilib: Merab Turava, Eva …
Read More »Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb (Yenilənir)
Rüfət Səfərov saxlanıldıqdan sonra onun “Facebook” profilindən məlumat paylaşılıb və şərləndiyi bildirilib: “Bu gün, axşam saatlarında, heç bir əsas olmadan, tamamilə cəfəng və uydurma ittihamla məni saxlayıblar. Bəri başdan bildirirəm ki, ittiham tamamilə şər və böhtandır, hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır. Hadisə barədə detalları vəkillərim açıqlayacaq”. Statusda qeyd olunur ki, məlumat Səfərovun sözlərinə əsasən, profilinə nəzarət edən dostları tərəfindən yayılıb. …
Read More »ABŞ hesabat yaydı: COVID-19 laboratoriyada hazırlanıb
Ehtimal olunur ki, virus qəza nəticəsində sızıb və geniş yayılıb ABŞ Konqresinin komitəsi COVID-19 virusunun laboratoriyada yaradılaraq sızması nəzəriyyəsini dəstəkləyib. Dekabrın 2-də yayımlanan hesabatda, Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Koronavirus Böhranı üzrə Seçilmiş Alt Komitəsi, koronavirusun “ehtimal ki, laboratoriya və ya tədqiqatla əlaqəli qəza nəticəsində ortaya çıxdığı” qənaətinə gəldiyini açıqlayıb. Hazırlanması iki il davam edən 520 səhifəlik hesabatda pandemiyaya federal və …
Read More »Ermənistan çətin durumda: BMT-də Ermənistanda azərbaycanlılar və türklərə qarşı nifrət zəminində çıxışlar müzakirə edilir
BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində dekabrın 3-də Ermənistanın dövrü məruzəsinə baxılıb. Boyukmillet.com-un məlumatına görə, Ermənistan üzrə məruzəçi Yeung Sık Yuen Yeung Kam Con Komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb. Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq …
Read More »ABŞ-nin Azərbaycandakı səfiri istefa verib
Mark Libbi qərarını səhhətində problemlərlə əlaqələndirib ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bu barədə səfir dekabrın 3-də bəyanat yayıb. Səfirliyin “Facebook” səhifəsində yayılan bəyanatda bildirilir ki, Libbinin istefası onun səhhəti ilə bağlıdır: “ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan …
Read More »Gürcüstan polisi aksiyanı dağıtsa da, etirazçılar yenidən toplaşıb
“Bütün Gürcüstanda insanlar Rusiyanın marionet rejiminə qarşı ayağa qalxır” Daxili İşlər Nazirliyinin qüvvələri Gürcüstan parlamenti yaxınlığında etirazçılara müdaxilə edib. 5 gündür davam edən etiraz aksiyalarında xüsusi təyinatlılar və polis qüvvələri Rustaveli prospektində keçirilən aksiyanı dağıdıb. Parlamentin qarşısına toplaşan on minlərlə vətəndaş hakimiyyətin Gürcüstanın Avropaya inteqrasiya prosesini dayandırmaq qərarından narazılıqlarını bildiriblər. Polis bölmələri gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edərək, xaotik şəkildə …
Read More »Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində 2-13 dekabr tarixlərinda keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sədrlik dövründə Azərbaycan həmçinin qurumun Tərəflər Konfransının …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar