Bazar ertəsi , 6 Aprel 2026

autor

COP rəsmisi xarici jurnalistin suallarından yayındı, vəkil Ombudsmanı tənqid etdi

Səbinə Əliyeva peşə fəaliyyətinə görə həbsləri təkzib edir ABŞ-nin “Democracy Now” xəbər proqramının jurnalisti Emi Qudman xarici işlər nazirinin müavini, “COP29”un baş sözçüsü Yalçın Rəfiyevə Azərbaycanda həbsdə olan jurnalistlər, fəallar və hökumət tənqidçilərinə qarşı repressiyalar barədə suallar verib. “Azərbaycanda COP ərəfəsində bir çox jurnalist və iqlim aktivisti həbs edilib. Onların arasında neft və qaz gəlirlərində şəffaflığın artırılmasına çağırış edən və korrupsiyaya …

Read More »

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində “Politico” nəşrinin “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı yazısına reaksiya verib. O, xəbəri dezinformasiya adlandırıb və qeyd edib ki, məqalədə peşəkar fakt yoxlanışı yoxdur, spekulyasiya və şayiələrlə doludur. “Politico” nəşri isə noyabrın 20-dəki məqaləsində …

Read More »

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O, 224 kilometrlik Qars-Iğdır-Aralıq-Dilucu yüksəkstandartlı dəmir yolu layihəsinin tenderinin keçirildiyini qeyd edərək gələn ilin ilk aylarında onun icrasına başlayacaqlarını ehtimal edib: “Buradakı sual bu marşrutun Ermənistandan, yoxsa İrandan keçəcəyi barədədir? Məsələn, Beynəlxalq Yol Federasiyasının Dünya Konqresini İstanbulda təşkil etmişdik. …

Read More »

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar. Boyukmillet.com xəbər verir ki, onlar “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar. Ziyarət zamanı Leyla Əliyevaya və Arzu Əliyevaya sərgilər haqqında ətraflı məlumat …

Read More »

Türkiyə ordusu Suriyada 5 PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Fırat Qalxanı və Zeytun budağı bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 5 üzvü öldürülüb. Vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Read More »

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Azər Qasımlı özü məlumat yayıb. Ona qadağanın qoyulması ilə bağlı məlumat Bakı Hava Limanında verilib. “Bu gün səhər Praqaya, oradan da Berlinə səfərim var idi. Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm, lakin hesab edirəm ki, bu …

Read More »

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş əməkdaşı Ramin Cəbrayılzadənin (Ramin Deko) ifadə azadlığının pozulmasına dair şikayət üzrə qərarını elan edib. Şikayət 2012-ci ildə Bakının iri ticarət mərkəzlərindən birinin sahibinin iddiası əsasında yazıya görə redaksiyaya və jurnalistə cərimə tətbiq edilməsilə bağlıdır. “Azadlıq” qəzetində Bakıdakı iri ticarət mərkəzlərinindən birinin rəhbəri barəsində ikinci ərizəçinin qələmə …

Read More »

COP29-a qatılan almaniyalı nazir Azərbaycanda insan hüquqlarının vəziyyətini acınacaqlı sayır

O, bu məsələni rəsmi Bakı ilə müzakirə edəcəyini deyib Noyabrın 21-də COP29 iqlim konfransı çərçivəsində Azərbaycana səfər edən Almaniya xarici işlər naziri Annalena Berbok mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran nazir Azərbaycanda insan hüquqlarının vəziyyətinin acınacaqlı olduğunu deyib. Azərbaycanda həbs olunmuş iqlim fəalları, jurnalistlər və müxalifətçilərlə bağlı suala cavabında nazir deyib ki, bu məsələ rəsmi Bakı ilə müzakirə olunacaq. “Almaniya hakimiyyət …

Read More »

ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub

ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib. Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya qarşı orta mənzilli ballistik raket buraxmasından xəbərdar idi: “Son günlər biz Ukrayna, yaxın müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdik ki, onlara hazırlaşmaqda kömək etsinlər”. Eyni zamanda “CNN” adı açıqlanmayan amerikalı …

Read More »

Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb

Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Azad İran” yayıb. Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülüb. Məlumata görə, o, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini …

Read More »