Etirazçıların əsas tələbi “prezident” Aslan Bjaniyanın istefasıdır Noyabrın 15-i səhər saatlarında Abxaziyada minlərlə insanın etiraz aksiyası başlayıb. Həmin vaxt “parlament”də Rusiya ilə Abxaziya arasında investisiya sazişinin ratifikasiyası məsələsinə baxılırdı. Bu saziş yaranan andan müxalifət və cəmiyyətin əksər hissəsinin qəti etirazına səbəb olub. “Jamnews”un məlumatına görə, etirazçılar hesab edirlər ki, sazişin qəbulu onsuz da Rusiya ilə rəqabət apara bilməyən yerli biznesə ölümcül zərbə …
Read More »Türkiyədə ağır yol qəzasında 7-si polis olmaqla 11 nəfər xəsarət alıb, ölən var
Türkiyədə baş verən ağır yol qəzasında 7-si polis əməkdaşları olmaqla 11 nəfər xəsarət alıb. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, hadisə Konyada qeydə alınıb. Polis əməkdaşlarını daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində daha 1 nəfər hadisə yerində ölüb. Qəzanın baş verdiyi əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb. Polis hadisə ilə bağlı araşdırma …
Read More »Dövlətə xəyanətdə ittiham olunan universitet tələbəsinə hökm oxundu
Gənc qızın sözlərinə görə, ona yazan şəxsin Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib Laçın-Xankəndi yolunda 2022-ci il dekabrın 12-dən başlayan və 138 gün davam edən etiraz aksiyasında iştirak etmiş gənc könüllülərdən biri Fidan Əliyeva dövlətə xəyanət ittiham ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, 2003-cü il təvəllüdlü Fidan Əliyeva Cinayət Məcəlləsinin …
Read More »COP29-da aksiya keçirən fəal zorakılığa məruz qalıb
COP29-da təkadamlıq aksiya keçirib, sahibsiz itlərin güllələnməsinə etiraz edən heyvan haqları fəalı zorakılığa məruz qalıb. Kamran Məmmədli deyir ki, onu mühafizə xidməti saxlasa da, sonradan polislərə təhvil veriblər. Daha əvvəl DİN-dən də Meydan TV-yə Kamran Məmmədlinin mühafizə xidməti tərəfindən saxlandığı deyilmişdi. Heyvan haqları fəalı etirazında sahibsiz heyvanların güllələnməsinə diqqət çəkdiyini deyir. O, bildirir ki, hökumət COP29 öncəsi “Toplan”ı ləğv etdiyini …
Read More »“Azəriqaz”dan şikayət edən işçilərə məcburi ərizə yazdırıldığı bildirilir
Qurumdan şikayət elə qurumun özünə göndərilib “Azəriqaz” istehsalat Birliyinin iş şəraitindən, ezamiyyət xərclərindən şikayət edən 18 işçisi sonradan üzr ərizəsi yazmağa məcbur edildiklərini deyirlər. Məlumatı Meydan TV-yə həmin işçilərdən bir neçəsi təsdiqləyib. Bildiriblər ki, ilkin olaraq bir neçə nəfər ərizə yazaraq guya imzaladıqları şikayətdə nələr yazıldığından xəbərsiz olduqlarını açıqlayıblar. Sonradan digərləri də onlara qoşulmaq məcburiyyətində qalıb. Onlar ərizələrində idarə rəhbərindən …
Read More »Nemət Kərimli Müsavat Partiyasından istefa verib
“Partiyadan getsəm də, siyasi fəaliyyətdən çəkilməmişəm” Noyabrın 15-də Müsavat Partiyasının Divan üzvü, vəkil Nemət Kərimlinin partiyadan istefa verdiyi deyilir. Nemət Kərimli xəbəri Meydan TV-yə təsdiqləsə də, istefasının səbəbləri barədə danışmaq istəməyib. O bildirib ki, partiyadan istefa verməsi siyasi fəaliyyətdən çəkilməsi anlamına gəlməməlidir: “Mən siyasi fəaliyyətimdə qalıram, amma siyasi mənsubiyyətim olmayacaq“. Vəkil Nemət Kərimli 2002-ci ildən Müsavat Partiyasının üzvüdür.
Read More »Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında keçirilən aksiyada atışma səsləri eşidilib. “Telegram” kanalları Abxaziyanın de-fakto parlament binası qarşısında keçən mitinqdə atəş açıldığını, lakin itkilərin olmadığını bildirir. Burada Suxumi ilə Moskva arasında investisiya sazişinə qarşı kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları bu razılaşmanı “Abxaziyanın maraqlarına ziyan vurmaqla Moskvanı razı salmaq cəhdi” adlandırırlar. De-fakto …
Read More »Paşinyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etmir
O, qaz xətti Ermənistandan keçərsə, bunun mümkün olduğunu deyir Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmaq şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etməyib. Bunu Baş nazir sentyabrın 18-də Ümumdünya Erməni Sammitində çıxışı zamanı səsləndirib. “Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarisini istisna edə bilmərik”, – Paşinyan qeyd edib. Enerji təhlükəsizliyi məsələlərini …
Read More »Gürcüstan müxalifəti MSK-dan mandatlarının ləğvini tələb edir
MSK isə qanunda belə bir prosedurun olmadığını deyir Gürcüstanın “Birlik – Milli Hərəkatı” və “Dəyişiklik Naminə Koalisiya”sı 11-ci çağırış parlamentə daxil olmaqdan imtina etdikləri üçün deputat siyahılarının ləğv edilməsi xahişi ilə Gürcüstan Mərkəzi Seçki Komissiyasına müraciət ediblər. “Dəyişiklik Naminə Koalisiya”nın liderlərindən biri Nika Qvaramiya oktyabrın 26-da keçirilən seçkilərin saxtalaşdırıldığını, parlamentin qeyri-legitim olduğunu, koalisiya üçün isə “onun işində iştirakının qeyri-qanuni hərəkətlərdə …
Read More »Zərərçəkənlər Ağadadaş Ağayevi adam öldürməyə cəhddə ittiham edir
Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsinə əsas görmür Xalq artisti, müğənni Ağadadaş Ağayevə qarşı xuliqanlıqla bağlı cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər ittihamın ağırlaşmasını tələb edirlər. Onlar Ağadadaş Ağayevə qarşı qəsdən adam öldürməyə cəhdlə bağlı ittiham irəli sürülməsini istəyirlər. Məlum olub ki, istintaq dövründə də bu tələblə çıxış ediblər. İndi də məhkəmədə eyni tələbi səsləndiriblər. Ağadadaş Ağayevin işinə Binəqədi Rayon …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar