Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən biri təsdiq edib. Həmin gün adıçəkilən komitədə büdcə zərfinə daxil olan qanun layihələrinin ilk müzakirəsi planlaşdırılır. Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat …
Read More »Rusiyaya gedən əcnəbilərin sərhəddə biometrik məlumatları toplanacaq
Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik məlumatları təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə aparılacaq eksperimenti təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb. Sənəddə eksperimentin iki mərhələdə baş tutacağı bildirilib. Birinci mərhələdə 2024-cü il dekabrın 1-dən 2026-cı il iyunun 30-dək Moskva (Domodedovo, Şeremetyevo, Vnukovo) və Moskva vilayətinin (Jukovski) beynəlxalq …
Read More »COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb
TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atıb. Boyukmillet.com xəbər ki, COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb. 2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji …
Read More »Bakıda yağışlar nəticəsində yaranan problemlə bağlı cinayət işi açılıb
Eldar Əzizov keyfiyyətsiz tikinti ilə bağlı istintaqın aparıldığını deyir Oktyabrın 22-də Bakıda güclü yağışlar nəticəsində yol keçidlərini, tunelləri və çoxsaylı küçələri sel basması nəticəsində Sabunçu rayonu ərazisində tuneldə iki nəfərin həyatını itirməsi ilə bağlı cinayət işinin açıldığı deyilir. “Turan”ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov danışıb. Eldar Əzizov bildirib ki, güclü yağışdan sonra Bakıda su keçidləri …
Read More »Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada bu problemlər (müstəmləkə qaydaları – red.) yenə də yaşanır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı söyləyib. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı …
Read More »Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir
Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində Polşa Prezidenti Anjey Dudanın belaruslu həmkarı Aleksandr Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi deyilir. Məlumatı Polşa mətbuatı yayıb. Anjey Dudanın yaxın ətrafı mediaya deyib ki, bu, şüurlu bir jest olub. Bildirilir ki, bu cür simvolik jestlər siyasətdə mühüm əhəmiyyət kəsb edir və Prezidentin düşünülmüş qərarı olub. …
Read More »Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR: Görün kimin oğludur – FOTO
Antalyada Muratpaşa Bələdiyə başçısı Ümit Uysalın 17 yaşlı oğlu, evlərinin hamamında başından tapança ilə vurulmuş halda tapılıb. Onu hamamda qan içində görən yaxınları dərhal şəxsi avtomobilləri ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Dərhal əməliyyata götürülən yeniyetmənin vəziyyəti ilə bağlı bələdiyyə sədri olan atası sosial şəbəkə hesabında bunları yazıb: “Əməliyyat uğurlu keçib. Önümüzdəki 72 saat çox önəmlidir. İndi bir ata olaraq hisslərimi ifadə …
Read More »Beynəlxalq təşkilatlar həbsdəki jurnalistlərə görə dünyanı Azərbaycana təzyiq etməyə çağırıblar
Rəsmi Bakı jurnalistlərin fəaliyyətinə görə həbsini inkar edir Beynəlxalq qeyri-hökumət təşkilatları – “Sərhədsiz Reportyorlar” (“Reporters Sans Frontières”, RSF) və Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitəsi (“Committee to Protect Journalists”, CPJ) beynəlxalq ictimaiyyəti həbs olunan jurnalistlərin azadlığa buraxılması ilə əlaqədar Azərbaycana təzyiq göstərməyə çağırıb. CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Səid bildirib ki, Azərbaycanın mətbuata münasibəti Birləşmiş Millətlər Təşkilatının insan …
Read More »Məhkəmə qərarları: “Prokurorluq “Bandotdel”dəki işgəncəni araşdırmır”
Quba sakini: “Belə üsullarla məni şərləyib, iki ildir həbsdə saxlayırlar” Quba rayon sakini, iki ilə yaxındır həbsdə olan Rəşid Məmmədov bildirir ki, onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel” kimi tanınır-red.) o qədər döyüblər, ölümcül vəziyyətə düşüb. İdarənin işçiləri öləcəyini düşünüb, təcili yardım çağırıblar, həkimlər onu xəstəxanaya çatdırıblar. Xəstəxanada həyatını xilas etmək mümkün olub. 1982-ci il təvəllüdlü Rəşid Məmmədov bu barədə …
Read More »COP29 çərçivəsində Nazirlər dialoqu keçirildi
COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpaolunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib. Boyukmillet.com Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar