Bazar , 5 Aprel 2026

autor

Bakıda hoteldə 30 yaşlı ofisiant qətlə yetirilib

Bakıda hoteldə qətl hadisəsi törədilib. Boyukmillet.com xəbər verir ki, Xətai rayonunda yerləşən “Boulevard Hotel”də ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Seymur Manafov saxlanılıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

Read More »

Çin sakinlərini Qərb mədəniyyətini tərifləyən məzmunlarla bağlı xəbərdarlıq edib

Çin hakimiyyəti sakinləri digər ölkələrin həyat tərzini və Qərb mədəniyyətini tərifləyən zərərli onlayn məzmunlarla bağlı xəbərdar edir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi bildirib. “Xarici mədəniyyətin təriflənməsi və milli mədəniyyətin aşağılanması: bəzi sosial media məzmun yaradıcıları səylə “incə sivilizasiya” və “xarici həyat tərzi” haqqında danışırlar, müqayisə üçün çərçivələr yaradırlar, üstünlükləri və zəif tərəflərini (digər ölkələrdəki vəziyyət) vurğulayırlar”,- …

Read More »

ADB Azərbaycanın iştirakı ilə sərhəd keçid məntəqələrində modernləşdirməyə 50 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın tranzit və sərhəd infrastrukturunun inkişafı üzrə əsas iştirakçılarından və liderlərindən biri olduğu “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi” adlı regional layihəyə kredit ayırmaq imkanını nəzərdən keçirir. Boyukmillet.com ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması, sərhəd məntəqələrinin modernləşdirilməsi və …

Read More »

Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb

Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Boyukmillet.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 2025-ci ildə Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib. Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel, yanvarın …

Read More »

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə …

Read More »

İrana qarşı HAZIRLIQ – ABŞ bölgəyə bu silahları GÖNDƏRİR

ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda Vaşinqton bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri köçürməyə hazırlaşır. Boyukmillet.com “Azad İran”a istinadən xəbər verir ki, bununla bağlı ABŞ rəsmiləri məlumat verib. Rəsmilərin sözlərinə görə, plan çərçivəsində bölgəyə əlavə MIM-104 “Patriot” zenit-raket batareyaları və THAAD (Terminal High Altitude Area Defense) ballistik raket əleyhinə müdafiə sistemləri yerləşdiriləcək. Bu sistemlərin əsas …

Read More »

Britaniya “öz FTB-sini” yaradır: ölkədə polis sistemində tarixi islahat başlayır

Böyük Britaniya hökuməti terrorla mübarizə, dələduzluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni gücləndirmək məqsədilə yeni Milli Polis Xidməti yaratmaq planlarını açıqlayıb.Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Britaniya mediası yeni qurumu artıq “Britaniya FTB-si” adlandırır. Qeyd olunur ki, bu struktur ölkədə son onilliklər ərzində həyata keçiriləcək ən böyük polis islahatının əsas hissəsi olacaq. Yeni Milli Polis Xidmətinin yaradılmasında …

Read More »

Rusiya Dövlət Dumasından Paşinyana xəbərdarlıq

Rusiya Dövlət Duması Ermənistanda dövlət çevrilşi ittihamları ilə üzləşən iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxıb.Boyukmillet.com xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilir ki, Dövlət Dumasının “Yeni adamlar” fraksiyası hesab edir ki, Karapetyana qarşı açılan cinayət işi açıq şəkildə siyasi motivlidir. Dövlət Dumasının sədr müavini və “Yeni adamlar” fraksiyasının lideri Vladislav Davankov bildirib ki, Samvel Karapetyanın işi ilə bağlı …

Read More »

Rusiyanın hücumundan sonra Kiyevdə 1600-dən çox ev istiliksiz qalıb

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb. Boyukmillet.com xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə özünün “Telegram” kanalında məlumat paylaşıb. O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik verilişini bərpa ediblər. “Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən …

Read More »

Hindistanda müalicəsi olmayan ölümcül virus yayılmağa başlayıb

Hindistanın Kəlkətə şəhəri yaxınlığında peyvəndi və ya müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb. Qərbi Benqal əyalətində virusa yoluxmanın beş halı aşkar edilib ki, bunlardan üçü bu həftə qeydə alınıb. Yoluxanlar arasında həkim, tibb bacısı və səhiyyə işçisi də var. Yeni ildən dərhal sonra Kəlkətə yaxınlığındakı özəl xəstəxanada işləyən …

Read More »