Türkiyənin “Haber Global” telekanalı özünü Fələstin tərəfdarı adlandıran bir qrupun “SOCAR”ın İstanbuldakı ofisinə hücumu barədə süjet hazırlayıb. Boyukmillet.com xəbər verir ki, süjetdə binaya hücum edənlərin əsl hədəfindən bəhs olunub. Bildirilib ki, hücum edənlər yalan məlumat əsasında Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə çalışır: “Neftin Türkiyə üzərindən İsrailə satıldığı ilə bağlı böhtan atan terror təşkilatının tərəfdarları Türkiyənin İstanbul şəhərində yerləşən Azərbaycan Dövlət Neft …
Read More »Ukrayna səfiri: Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də etibarlı, mehriban dostumuzdur
Azərbaycan Ukraynanın sadəcə strateji tərəfdaşı deyil, həm də etibarlı və mehriban dostudur. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirdiyi ilk mətbuat konfransında deyib. Səfir vurğulayıb ki, Ukrayna Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ev sahibliyi edən ölkə kimi alqışlayır: “Azərbaycanda dünya səviyyəli belə irimiqyaslı tədbirin keçirilməsi ölkənin …
Read More »Yuri Qusev: Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir
Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da belə olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirilən ilk mətbuat konfransında deyib. “Bu prinsip ərazisinin bir hissəsi müvəqqəti işğal altında olan dövlətimiz üçün əsasdır”, – o vurğulayıb.
Read More »Ayxan Abbasov: “Şamaxı” rəhbərliyi ilə görüşmüşük
Düzdür, “Şamaxı” rəhbərliyi ilə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında “Turan Tovuz” klubunun sabiq baş məşqçisi Ayxan Abbasov deyib. 42 yaşlı mütəxəssis hələlik ortada konkret razılıq olmadığını bildirib: “Tam əminliklə nəsə demək olmaz. “Şamaxı” Premyer Liqaya yeni gəlir. Amma 100 faiz nəsə demək mümkün deyil”. Qeyd edək ki, Ayxan Abbasov bir neçə gün əvvəl “Turan Tovuz”dan …
Read More »Səfir: Ukraynanın bərpasında göstərdiyi yardımlara görə Azərbaycana minnətdarıq
Ukrayna humanitar yardıma və enerji infrastrukturunun bərpasına dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdardır. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirdiyi ilk mətbuat konfransında deyib. “Bu dəstəyi çox yüksək qiymətləndiririk və buna çox ehtiyacımız var. Əməkdaşlığı genişləndirəcəyimizə ümid edirik”, – diplomat bildirib.
Read More »Dünya Qadın Seriyasının Qəbələ mərhələsində zədələnən Azərbaycan millisinin üzvünün son durumu bəlli olub
3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinin oyunları çərçivəsində zədələnən Azərbaycan millisinin üzvü Dina Ulyanovanın son durumu bəlli olub. Boyukmillet.com xəbər verir ki, Portuqaliya ilə keçirilən matçda ayağı burxulan yığma üzvü bu gün “Barselona Panthers” (İspaniya) klubuna qarşı keçiriləcək 1/4 final matçında iştirak etməyəcək. Millinin baş məqşçisi Raşa Deliç zədəsi ciddi olmayan 35 yaşlı oyunçunu riskə atmayacaq. Qeyd edək …
Read More »Nazir müavini: Ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır
Bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentdə iyunun 3-də “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, ümumi kvota üzrə iş yerlərinin sayı 28,5 mindir: “Bu gün kvota iş yerlərində 25 minə şəxsin məşğulluğu təmin olunub. Təklif olunan …
Read More »İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Boyukmillet.com xəbər verir ki, sorğunun qalibi “HLB Azərbaycan” MMC-dir. Qalib şirkətə 4,5 min manat ödəniləcək.
Read More »ABŞ-nin müvəqqəti işlər vəkili Masallı folklor festivalında olub
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara “Azər Corab” sosial sahibkarlıq layihəsinin təşkil etdiyi Masallı folklor festivalında olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ səfirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. “ABŞ səfirliyinin dəstəyi ilə “Azər Corab”ın təsisçisi Kifayət Talıbzadə iştirakçılara əl işləri istehsalı və sahibkarlıq üzrə təlimlər keçib”, – məlumatda qeyd edilib. Müvəqqəti işlər vəkili Hüqo Gevara @AzerJorab sosial …
Read More »Son altı ildə 131 mindən çox şəxs haqqı ödənilən müvəqqəti məşğulluqla təmin edilib
Son altı il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentdə iyunun 3-də “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, 131 mindən çox şəxs haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluqla təmin edilib: “80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar