Bazar ertəsi , 6 Aprel 2026

autor

Əfv sərəncamı ilə azad olunan məhbus: Daha bu səhvləri etməyəcəm

Əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş məhbus səhvlərindən nəticə çıxararaq bir daha bunu təkrarlamayacağını deyib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş məhkum Emin Tağıyev jurnalistlərə müsahibəsi zamanı bildirib: “Bağışlanmaq insanı düşünməyə vadar edir. Bundan nəticə çıxarıb daha bu səhvləri etməyəcəm”. O, Prezident İlham Əliyevə təşəkkür edib: “Prezidentə təşəkkür edirəm ki, bizi azadlığa buraxılmağımız üçün əfv …

Read More »

Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub, yeddi məhkum azad edilib

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Boyukmillet.com xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə doqquz nəfərə şamil olunub. İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeddi məhkuma arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar. Xatırladaq ki, …

Read More »

Prezident Əfv Sərəncamı imzaladı: Siyahıda siyasi məhbus kimi tanınan heç kimin adı yoxdur

Hüquq müdafiəçiləri son sərəncamdan narazıdır Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev 154 məhbusu əfv edib. Prezidentin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama əsasən, 3 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib;  52 məhbusun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb; 1 nəfər təxirə salınmış cəzadan, 28-i elektron qolbaqdan xilas olub. 3 nəfərin isə elektron qolbaq cəzası yarıya salınıb. İslah işlərinə …

Read More »

Fuad Poladov – sənət və şəxsiyyətin vəhdəti

Görkəmli sənətçi, teatr və kino aktyoru Fuad Poladov Azərbaycan aktyorluq məktəbinin lirik-psixoloji qolunun qabaqcıl nümayəndələrindən biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısısı sayılır. Haqqında sovet vaxtından yazılsa da, sənətşünaslar yaradıcılığını xeyli təhlil etsələr də, deyilməyənlər də var… Aktyoru ilk dəfə 1970-cilərin əvvəlində, Azərbaycan Dövlət Akademik  Dram Teatrı səhnəsində adını-müəllifini çoxdan unutduğum pyesin televiziyada göstərilən parçasında görmüşəm; roluna uyğun əsgəri formada …

Read More »

Hacı Qalib Salahzadə: “Adil Vəliyev məni təhqir edir, yüksək vəzifəli şəxslərin adını çəkir”

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb.  Hacı Qalib Salahzadə qaynarinfo-ya məsələ ilə bağlı açıqlama verib və baş verənləri təsdiqləyib. O bildirib ki, həmin bağ sahəsini təxminən 20 il əvvəl Nardaran sakinindən 500 min manat ödəməklə alıb:  “Həmin adamlar bu gün də yaşayırlar. Mənə əvvəlcə o …

Read More »

ABŞ Gürcüstana qarşı viza məhdudiyyəti tətbiq edəcəyini bildirib

Məhdudiyyət Gürcüstanda vətəndaş cəmiyyətinin və dinc toplaşmaq azadlığının boğulmasına cavabdeh olan şəxslərə qoyulacaq ABŞ Gürcüstanda “xarici agent” qanununun hazırlanmasında, təsdiqlənməsində rolu olan, etiraz edən dinc insanlara qarşı zorakılıq törədən hər kəsə viza məhdudiyyəti qoyacağını açıqlayıb. ABŞ Dövlət Departamentinin bu barədəki açıqlamasında Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının təklifi ilə qəbul edilən qanunun birləşmək və ifadə azadlıqlarının həyata keçirilməsini boğduğu bildirilir. “Qanun Gürcüstan vətəndaşlarına …

Read More »

Xətaidə obyektlər və evlər qanunsuz sökülür– Sahibkarlar etiraz edir

Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən ticarət obyektləri və fərdi yaşayış evləri sökülür. Boyukmillet.com xəbər verir ki, bu barədə Qaynarinfo-ya həmin küçədə obyekti olan sahibkar Adil Musayev məlumat verib. Onun sölərinə görə, söküntü işləri bu gün səhər saatlarında başlayıb. Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları xəbərdarlıqsız işə başlayıblar. Adil Musayev və digər sahibkarlar, eyni zamanda sakinlər söküntü işlərinin qanunsuz həyata keçirildiyini …

Read More »

Fazil Mustafa işi: Dizimi yerə qoymadığıma görə polislər yarım saat döydülər

Deputat Fazil Mustafanın güllələnməsindən sonra həbs olunan millət vəkilinin qonşusu, Zabrat sakini Yunis Quliyev məhkəmədən bəraət alıb. Bir il həbsdə qaldıqdan sonra məhkəmə onun günahsız olduğu qərarına gəlib. Yunis Quliyev deputatın güllələməsiylə bağlı tutulsa da, o rəsmi olaraq satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama maddəsiylə ittiham olunurdu. Fazil Mustafanın silahlı hücumundan bir gün sonra martın 29-da …

Read More »

Ukrayna səfiri: İrpen və Laçın qardaş şəhərlər ola bilər

Ukraynanın İrpen və Azərbaycanın Laçın şəhərləri qardaşlaşa bilər və bu istiqamətdə müvafiq işlər aparılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev feysbuk səhifəsində məlumat verib. “Ukraynanın Azərbaycandakı səfiri statusunda ilk regional səfərimi Qarabağa etməyi əvvəldən planlaşdırmışdım. Bu gün Azərbaycan rəhbərliyinin dəvəti ilə biz hərbi attaşemiz polkovnik Yuriy Suprunla birlikdə bu planı həyata keçiririk. Səhər …

Read More »

Vüqar Bayramov: “İri sahibkarlar arasında qadınlar azdır”

Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır. Boyukmillet.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. “Orta sahibkarların 8 %-i, kiçik sahibkarların isə 16 %-i qadınlardır. Bundan başqa, qadınların maaşı az olduğundan onlar pensiyaya çıxanda da az pensiya alırlar. Təklif edirəm ki, qadınlar pensiyaya çıxarkən onlara xüsusi …

Read More »