Bazar , 5 Aprel 2026

autor

Moldova MDB-dən çıxır

Moldovanın Xarici İşlər Nazirliyi ölkənin Sərbəst Dövlətlər Birliyindən (MDB/CIS) çıxışını nəzərdə tutan əsas sazişlərin denonsasiyasına start verildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bununla Kişinyov təşkilatdan tam hüquqi ayrılıq prosesini rəsmən işə salıb. Xarici xəbər kanallarının yaydığı məlumata görə, Moldova MDB-yə üzvlüyün hüquqi əsasını təşkil edən sənədləri – birliyin yaradılma sazişini və nizamnaməsini mərhələli şəkildə ləğv etməyə başlayır. Proses tamamlandıqdan sonra …

Read More »

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. Boyukmillet.com xatırladır ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatçılığa və soydaşlarımız əleyhinə …

Read More »

Türkiyə İŞİD iddialarını yalanladı

Suriyada son dövrlərdə baş verən hadisələr zamanı Türkiyənin dəstəyi ilə Suriya ordusunun İŞİD-ə mənsub terrorçuları azad etdiyi barədə iddialar tamamilə əsassızdır və həqiqətlə heç bir əlaqəsi yoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin dezinformasiya ilə mübarizə şöbəsi açıqlama yayıb. Bildirilib ki, beynəlxalq ictimai rəy tərəfindən də qəbul edilən təsdiqlənmiş və birmənalı həqiqət ondan ibarətdir ki, …

Read More »

Türkiyədə tanınmış aparıcının diplomu saxta çıxdı: Məhkəmə həbs cəzası verdi

Tanınmış keçmiş teleaparıcı Nəsimi Nəbizadə bir müddət öncə tərk etdiyi “Qurtuluş” reabilitasiya mərkəzinin barəsində başlanmış cinayət işi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Oxu.Az-a açıqlama verən jurnalist qeyd edib ki, məsələdən məlumatlıdır: “Bu barədə xəbərim var. Eşitmişəm ki, Sumqayıt Şəhər Prokurorluğu mərkəzdə araşdırma aparıb. Həmin vaxt mən orda olmamışam. Eşitmişəm ki, faktla üzrə cinayət işi başlanılıb. Amma …

Read More »

Xamenei İranda son etirazlar zamanı minlərlə insanın öldüyünü təsdiqləyib

İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün, yanvarın 17-də çıxışında kütləvi etirazlar zamanı minlərlə insanın həyatını itirdiyini etiraf edib. O, bəzi ölümlərin “insanlıqdan kənar və vəhşi” şəkildə baş verdiyini qeyd etsə də, bunları “fitnəkarlıq edənlərin” hərəkəti kimi izah edib və hadisələrdə ABŞ-ni günahlandırıb. Xamenei baş verənləri “Amerikanın planı” adlandırıb və Prezidenti Donald Trampı İranın işlərinə müdaxilə etməkdə, etirazçıları dəstəkləməkdə …

Read More »

Sabah Bakıda hava yağıntılı olacaq, bölgələrə qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yanvarın 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-4° isti olacaq. …

Read More »

Dünya İqtisadi Forumu 2026-cı ildə qlobal risklərlə bağlı hesabatı təqdim edib

2026-cı ildə qlobal risklərlə bağlı hesabat dərc olunub. Qeyd edilib ki, yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklər artır. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, biznes liderləri, hökumət başçıları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və akademik dairələr 2026-cı il yanvarın 19-23-də İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) 56-cı illik toplantısında bir araya gələcəklər. Forumdan əvvəl dərc edilmiş “2026-cı …

Read More »

Trampın Sülh Şurasında daimi üzvlük üçün 1 milyard dollar tələb olunacaq

Ağ Ev administrasiyası ölkələrin Qəzza Sülh Şurasında daimi yer üçün ən azı 1 milyard dollar ödəməsini təklif edir. Boyukmillet.com xəbər verir ki, Bloomberg bu barədə şuranın nizamnamə layihəsinə istinadən məlumat yayıb: “Hər bir üzv dövlət bu nizamnamənin qüvvəyə minməsindən etibarən üç ildən çox olmayaraq üzv kimi fəaliyyət göstərəcək və müddətin sədr tərəfindən uzadılma ehtimalı var. Üç illik müddət bu nizamnamənin …

Read More »

İranda etiraz qurbanlarının cəsədləri 5 min dollara ailələrinə qaytarılır

İranda kütləvi etirazlar zamanı həlak olanların cəsədləri ailələrinə pul qarşılığında verilir. BBC-nin farsdilli xidməti ailələrə istinadən məlumat yayıb ki, cəsədlər morq və xəstəxanalarda saxlanılır və təhlükəsizlik qüvvələri tərəfindən onlara yalnız 700 milyon tümən (5 min ABŞ dolları) qarşılığında təhvil verilir. Rəşt şəhərindən olan bir ailə nəşrə bildirib ki, təhlükəsizlik qüvvələri yaxınlarının cəsədini onlara vermək üçün 700 milyon tümən (5 min ABŞ dolları) …

Read More »

Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır – TARİX

Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı qalan sərhədlə bağlı mühüm mərhələyə keçilir. Boyukmillet.com xəbər verir ki, Ankara sərhəd-keçid məntəqəsinin cari ayın sonuna qədər açılmasını planlaşdırır. Məlumata görə, işlər Türkiyənin İğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara keçidində aparılır. Türkiyə tərəfində gömrük və əlaqədar prosedurlar üçün inzibati binalar tikilir, eyni zamanda Ermənistandan gələnlər …

Read More »