Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan – Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər iki ölkənin münasibətləri yüksək idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. C.Məmmədov qeyd edib ki, Rusiya sülhməramlıların Qarabağdan …

Read More »

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir. Hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. …

Read More »

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Avropa İttifaqının Brüssel sammitindən sonra keçirilən mətbuat konfransında deyib. O, görüşün mayın 13-də Ankarada baş tutacağını bildirib.

Read More »

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin ofisi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Tea Axvlediani və Lui Bono arasında görüş baş tutub. “Dövlət naziri ABŞ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə xarici …

Read More »

Taleh Kazımov Vaşınqtonda COP29-un dünya iqtisadiyyatının uzunmüddətli inkişafında əhəmiyyətini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəri bu gün Vaşınqtonda keçirilən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (IMF) yaz toplantıları çərçivəsində Seçki Qrupunun görüşündə iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Seçki Qrupunun üzvləri ilə təmsil etdiyimiz ölkələrdə iqtisadi mühitdə baş verən dəyişiklər və həyata keçirilən makroiqtisadi siyasətlər barədə danışdıq. …

Read More »

İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək

İsrail rejimi və onun silahdaşları yenidən hərəkətə keçsələr, onlara daha ciddi şəkildə cavab veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. Onun sözlərinə görə, İsrailə qarşı əməliyyat başa çatsa da, İran yeni zərbələrə cavab vermək hüququnu özündə saxlayır. Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə “Doğru vəd əməliyyatı” kod …

Read More »

Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub

Bu gün Bakıda litvalı dənizçi Simas Kudirkanın həyatından bəhs edən “Tullanma” sənədli filminin nümayişi olub. Boyukmillet.com xəbər verir ki, rejissoru Gedre Jitskite olan film 1970-ci ildə sovet gəmisindən ABŞ gəmisinə tullanan və amerikalılardan sığınacaq istəyən dənizçidən bəhs edir. Film boyu S.Kudirka azadlığa doğru olan inanılmaz tullanma hekayəsindən danışır. Qeyd edək ki, film müxtəlif kinofestivallarda nümayiş etdirilib və nüfuzlu mükafatlara, o cümlədən …

Read More »

Tokatda 5,6 maqnitudada zəlzələ olub

Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Bildirilib ki, dərinliyi 5,99 kilometr olan zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

Read More »

Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir

ABŞ administrasiyası müttəfiqləri və tərəfdaşları ilə birlikdə İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyalar tətbiq edir. Boyukmillet/com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatında deyilir. “Bir həftədən az bir müddət əvvəl İran İsrailə qarşı dünyanın ən böyük raket və dron hücumlarından birini həyata keçirib. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İsraili müdafiə etdik. Biz bu hücumu dəf etməyə kömək etdik. Bu …

Read More »

Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur

Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş “X”də yazıb. “Yaxın Şərq bıçağın üstündədir. Son günlər sözdə və əməldə təhlükəli eskalasiya müşahidə olunur. Bir səhv hesablama hamı üçün dağıdıcı olacaq genişmiqyaslı regional münaqişəyə səbəb ola bilər”, – A.Quterreş qeyd edib. The Middle East is on a knife-edge.Recent days have seen a dangerous …

Read More »