Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəkləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib. Dövlət başçısı Azərbaycanın Tayvanın müstəqilliyini tanımadığını, orada keçirilən seçkiləri qəti şəkildə pislədiyini vurğulayıb. Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib.
Read More »Prezident İlham Əliyev: Azərbaycan COP çərçivəsində Çinlə əməkdaşlığa hazırdır
Azərbaycan COP çərçivəsində Çin ilə yaxından əməkdaşlıq etməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib. Dövlət başçısı Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu deyib. Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd …
Read More »Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib, azad edilən ərazilərdə şəhərsalma fəaliyyəti müzakirə olunub
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının öz güclü liderinə olan inamını və etimadını, dövlətimizin başçısının ölkəmizin inkişafı yolunda həyata keçirdiyi …
Read More »Prezident: Qardaş Pakistan ilə dostluq və əməkdaşlığın inkişafı bizim üçün xüsusi əhəmiyyət kəsb edir
Qardaş Pakistan ilə möhkəm təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubunda deyilir. “Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Əminəm ki, qarşılıqlı etimad …
Read More »Prezident İlham Əliyev ÜST-nin Baş direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Read More »Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Bundan əlavə, sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 mart tarixli 3806 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 411 …
Read More »BP Azərbaycanla uzunmüddətli tərəfdaşlıq planlarını açıqlayıb
BP-nin baş icraçı direktoru Marri Okinkloss Azərbaycanda ikigünlük işgüzar səfərdədir. “Report”un BP-yə istinadən verdiyi məlumata görə, bu səfərdə onu şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel müşaiyət edir. Bu gün səhər M. Okinkloss Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib və görüşdə BP-nin regiondakı əsas biznes fəaliyyətlərini müzakirə edib. Görüş zamanı M. Okinkloss BP-nin Azərbaycanla bağlı öhdəliklərinə …
Read More »KİV: Rusiya nüvə müharibəsinə hazırdır
Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Röyters” nəşri yazıb. Qeyd olunub ki, ABŞ Ukrayna ərazisinə qoşun yeridərsə, Kreml bunu ciddi eskalasiya hesab edəcək: “ABŞ öz qoşunlarını Ukrayna ərazisində yerləşdirsə, Moskva bu addımı müharibəyə müdaxilə kimi qəbul edəcək”. Bildirilib ki, Kremlin nüvə müharibəsi ilə bağlı hədələri Ukraynanın müttəfiqlərini qorxutmaq və onları buraya qoşun göndərməkdən çəkindirmək …
Read More »İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib
Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cəmil Əmirov təyin olunub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar