İçərisində 16 türkün olduğu gəmi Şanxay sahillərində batıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsindən bildirilib. Qeyd olunub ki, Şanxay sahillərində Marşal bayraqlı “Omeqa” gəmisi “Mirabella” adlı gəmi ilə toqquşub. Gəmidə 16-sı türk olan 21 dənizçi digər gəminin ekipajı tərəfindən xilas edilib. Dənizçilərin vəziyyətinin yaxşı olduğu qeyd edilir. Hazırda onların təxliyəsi üzrə işlər aparılır.
Read More »Azərbaycan yaxın 2 ildə qeyri-neft ixracının dəyərini 5 milyard dollara çatdıracaq
2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının dəyərinin 5 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib. “Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud …
Read More »Azərbaycanda ödəniş və elektron pul təşkilatları üçün kapital tələbi müəyyən edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması (1), kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri …
Read More »Ötən gün vətəndaşlardan 9 silah götürülüb
Polis əməkdaşları ötən gün vətəndaşlardan 9 silah götürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 7 ədəd müxtəlif markalı tüfəng və 195 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 4 …
Read More »Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib, istintaqını DTX aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib. Boyukmillet.com xəbər verir ki, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya …
Read More »Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb
Bakıya külli miqdarda narkotik vasitə və həblər gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Azər Hüseynov saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki torbadan 5 kiloqram 330 qram marixuana, 150 qram heroin və 150 ədəd …
Read More »Monqolustanda güclü partlayış olub, 24 nəfər həlak olub – VİDEO
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində azı 24 nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “CentralAsia” nəşri məlumat yayıb. Hadisəyə səbəb yol qəzası olub. Partlayışdan sonra başlayan yanğın yaşayış binasına və bazara keçib. Partlayış dalğası hətta episentrdən yüzlərlə metr aralıda da hiss olunub. İlkin məlumatlara görə, fövqəladə hadisə nəticəsində azı 24 nəfər ölüb, …
Read More »İsrail və HƏMAS əsirlərin mübadiləsi və bir aylıq atəşkəs haqqında razılığa gəliblər
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs çərçivəsində bir ay ərzində əsir və məhbusların mübadiləsinə dair prinsipial razılıq əldə edilib, lakin Fələstin tərəfi növbəti danışıqlara mane olur. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Reuters” üç mənbəyə istinadən xəbər verib. Adı açıqlanmayan rəsmi şəxsin sözlərinə görə, dekabrın 28-də ABŞ, Qətər və Misirin himayəsi ilə başlayan danışıqlarının son raundundan sonra atəşkəsin təxminən 30 …
Read More »NYT: Ermənipərəst senator Menendezin vəkilləri sübutları gizlətməyə çalışırlar
ABŞ-ın Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendezin vəkilləri onun evində axtarışlar zamanı aşkar edilmiş maddi sübutları gizlətməyə çalışırlar. Boyukmillet.com-un məlumatına görə, bu barədə “The New York Times” yazıb. Nəşr xatırladıb ki, bu, 2022-ci ilin yanvarından 2023-cü ilin sentyabrına qədər federal araşdırma çərçivəsində hakimlər tərəfindən təsdiqlənmiş və demokratın əmlakı ilə yanaşı elektron cihazlarında aparılan beş axtarışdan biridir. Belə ki, senator, …
Read More »Türkiyə İsrailə Fələstinlə bağlı çağırış edib
“Türkiyə İsraili və onun tərəfdarlarını Yaxın Şərq regionunda vəziyyətin siyasi həlli üçün səy göstərməyə çağırır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq debatda deyib. “Mən İsraili və onun tərəfdarlarını imkanımız olduğu müddətdə siyasi həll üçün səy göstərməyə çağırıram. Türkiyə rəsmi Ankaranın israillilərlə fələstinlilər arasında sülhün monitorinqini təmin etmək …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar