Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib. Bu barədə Boyukmillet.com Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir. Açılış mərasimində ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistanın rəhbərinin və hökumətinin …
Read More »ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə yeni sənədlər əldə edib
ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işinə potensial aidiyyəti olan yeni sənədlər əldə edib. Bu materialların yoxlanılması və dərci üçün bir neçə həftə vaxt lazım olacaq. Boyukmillet.com-un məlumatına görə, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir. “Nyu-York ştatının Cənub dairəsi prokuroru və Federal Təhqiqatlar Bürosu ABŞ Ədliyyə Nazirliyini Ceffri Epşteyn işi ilə bağlı ola biləcək …
Read More »Bu gün AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümüdür
“Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür. Boyukmillet.com xatırladır ki, təyyarə yerli vaxtla saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb. İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində …
Read More »Azərbaycanın valyuta ehtiyatları 84 milyard dollara yaxınlaşır
Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 12,6 milyard ABŞ dolları və yaxud 17,7 % artaraq 83,6 milyard ABŞ dollarına çatıb. Boyukmillet.com bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bunun 11,4 milyard dolları qurumun payına düşür. Bu isə ilin əvvəlinə nisbətən 4,3% çoxdur. Hazırda ölkənin valyuta ehtiyatları xarici borcundan təxminən 17 dəfə çoxdur.
Read More »Zelenski sülh sazişi layihəsini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 23-də sülh sazişi layihəsini açıqlayıb. Son həftələr Ukrayna, ABŞ və Avropa təmsilçiləri layihə üzərində iş aparırlar. Ukrayna lideri bildirib ki, hazırda Kiyev Rusiyanın bu sənədə münasibətini gözləyir. Onun sözlərinə görə, bu reaksiyadan sonra Ukrayna növbəti addımlarını və qərarların icra müddətlərini müəyyənləşdirəcək. Zelenski planın ilkin mərhələdə 28 bənddən ibarət olduğunu, sonradan isə 20 bəndə endirildiyini vurğulayıb. Hazırda təqdim …
Read More »Xarkov qaranlığa qərq oldu: istilik elektrik stansiyasına zərbələr şəhəri iflic etdi
Rusiya ordusu Xarkovun ətrafındakı istilik elektrik stansiyasına (İES) bir neçə dəqiq zərbə endirib.Boyukmillet.com xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat verib. Merin sözlərinə görə, hücum nəticəsində azı bir nəfər həlak olub, yaralananlar var. Zərbələr şəhərin enerji sisteminə ciddi təsir göstərib – gərginlik kəskin şəkildə aşağı düşüb, bu isə istilik təchizatı və şəhər nəqliyyatının fəaliyyətində problemlərə səbəb olub. Terexov …
Read More »Güclü külək, yağış, qar… – Sabahın HAVASI
Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcədən 6°-dək, gündüz 6 dərəcədən 9°- dək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa …
Read More »Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı – Gizli liman? – detallar CANLIda
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində …
Read More »“Fənərbağça” prezidentinin ekspertiza nəticəsi açıqlandı
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan narkotiklərlə bağlı araşdırma davam edir. Boyukmillet.com xəbər verir ki, istintaq çərçivəsində müayinədən keçirilən “Fənərbağça” klubunun prezidenti Sadəddin Saranın saç nümunəsində aparılan ekspertiza zamanı kokain maddəsinə rast gəlinib. Məlumata əsasən, Saranın eyni vaxtda götürülən qan, sidik və dırnaq nümunələrində isə hər hansı narkotik maddə aşkarlanmayıb. Hazırlanan ekspertiza rəyi …
Read More »Çubaysın 12 milyardlıq əmlakı MÜSADİRƏ EDİLDİ
Moskvadakı arbitraj məhkəməsi “Rosnano” şirkətinin iddiası çərçivəsində təmin edici tədbir olaraq keçmiş menecerlərin, o cümlədən Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın hesablarını və əmlakını həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Məlumata görə, Çubaysın əmlakı iddia olunan məbləğ çərçivəsində, yəni təxminən 12 milyard rubl həcmində aktivləri müsadirə edilib. Eyni zamanda, iddiaya cavabdeh digər şəxslərə qarşı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar