Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində Bakıda xalça sərgisi açılıb.
Boyukmillet.com xəbər verir ki, tədbir Avropa İttifaqı, World Crafts Council Europe və The Creative Europe Programme-ın dəstəyi ilə təşkil olunub.
Sərginin məqsədi Azərbaycanın zəngin mədəni irsi, həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənətini və məktəblərini təbliğ etməkdir.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun sözlərinə görə, ziyarətçilər sərgidə həm qədim, həm də müasir xalçalarla tanış ola biləcəklər.
World Crafts Council Europe-un Azərbaycan üzrə nümayəndəsi Sona Quliyeva sərginin Azərbaycanda ilk dəfə olaraq Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində keçirildiyini bildirib.
Qeyd edək ki, Bədii Sənətkarlıq Günləri 2002-ci ildə təsis edilib. 2012-ci ildən etibarən Avropa Bədii Sənətkarlıq Günləri (EACD) adlanan bu tədbirdə 2023-cü ildən 24 ölkə iştirak edir.