Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Avropa çempionatı: Azərbaycanın basketbol millisi Moldovaya qalib gəlib

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Boyukmillet.com xəbər verir ki, C divizionunda yer alan və yarımfinala vəsiqəni ötən tur təmin edən yığma B qrupundakı sonuncu matçında Moldova ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycanın 75:66 hesalı qələbəsi ilə başa çatıb.

Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya – Andorra matçının qalibi olacaq. İyulun 30-da oynanılacaq yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …