Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Avropa çempionatı: Azərbaycanın daha 1 cüdoçusu medal qazanıb

Azərbaycanın daha 1 cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, qitə birinciliyinin ikinci günündə mübarizəyə qoşulan 7 nəfərdən 1-i bürünc mükafata yiyələnib.

Bu, Məhərrəm İmamverdiyev (81 kq) olub. O, yarımfinalda məğlub olmasına baxmayaraq, üçüncü yer uğrunda görüşdə rəqibini üstələyib.

Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) isə uğursuzluqla üzləşiblər.

Qeyd edək ki, ilk gündə Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıblar.

Check Also

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Boyukmillet.com …