Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycanın daha 5 yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq.
Boyukmillet.com-un məlumatına görə, onlardan yalnız Nihat Məmmədli təsnifat mərhələsindən yarışa başlayacaq.
Digər dörd güləşçi 1/8 finaldan etibarən çıxış edəcək.
60 kq: Nihat Məmmədli – Nedyalko Petrov (Bolqarıstan)
67 kq: Həsrət Cəfərov – Sebastyan Nad (Serbiya)
72 kq: Ülvü Qənizadə – Giorgi Çxikvadze (Gürcüstan)
82 kq: Rafiq Hüseynov – Alperen Berber (Türkiyə)
97 kq: Murad Əhmədiyev – Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya)
Bu gün həmçinin 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində medal görüşləri keçiriləcək. Azərbaycan idmançılarından 4-ü mükafat uğrunda yarışacaq. Rəşad Məmmədov (55 kq) və Murad Məmmədov (63 kq) Avropa çempionluğu üçün döşək üzərinə çıxacaqlar. Onlar həlledici dueldə müvafiq olaraq Artyom Deleanu (Moldova) və Aleksandr Qruşinlə (Ukrayna) üz-üzə gələcəklər.
İslam Abbasovla (87 kq) Beka Kandelaki (130 kq) isə bürünc mükafat qazanmağa çalışacaqlar. Onların rəqibləri təsəlliverici görüşlərdən sonra bilinəcək.