Bazar , 19 Yanvar 2025
Drone Cameras

Avropa İttifaqı Ermənistan və Azərbaycana çağırış edib

“Avropa İttifaqı aprelin 12-də Ermənistan-Azərbaycan sərhədinin Dığ kəndi ərazisində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüflənir”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) bəyanatında əksini tapıb.

“Əvvəlki öhdəliklərə, 2022-ci ilin oktyabrında Praqada əldə olunmuş öhdəliklərə, 1991-ci il Almatı Bəyannaməsinə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırış edir. Biz bu prosesi dəstəkləməyə hazırıq. Biz təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrarlayırıq. Aİ bu səyləri ən yüksək səviyyədə dəstəkləməyə davam edir”, – bəyanatda bildirilib.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …