Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Avropa İttifaqının səfirləri Şəhidlər xiyabanını ziyarət edib

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin Azərbaycandakı səfirləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət ediblər.

Boyukmillet.com xəbər verir ki, avropalı diplomatlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər.

Ziyarətdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Almaniya səfiri Ralf Horlemann, İsveç səfiri Tobias Lorentzson, Slovakiya səfiri Milan Layçak, İtaliya səfiri Klaudio Taffurin və başqa diplomatlar iştirak ediblər.

Eyni zamanda, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old da Şəhidlər xiyabanını ziyarət edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …