Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Avropa Liqasının bütün 1/8 finalçıları müəyyənləşib: “Qalatasaray” turnirlə vidalaşıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün oyunları başa çatıb.

Boyukmillet.com xəbər verir ki, baş tutmuş səkkiz cavab qarşılaşmasından ikisində, o cümlədən “Qarabağ” – “Braqa”, “Frayburq” – “Lans” matçlarında mərhələnin qalibini ancaq 30 dəqiqəlik əlavə edilmiş vaxtda müəyyənləşib.

“Roma” – “Feyenoord” oyununda isə mübarizə penalti seriyasınadək davam edib.

UEFA Avropa Liqası, pley-off mərhələsi

Cavab oyunları

22 fevral

21:45 “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) – 2:3

İlk oyun – 2:4.

21:45 “Frayburq” (Almaniya) – “Lans” (Fransa) – 3:2

İlk oyun – 0:0.

21:45 “Renn” (Fransa) – “Milan” (İtaliya) – 3:2

İlk oyun – 3:0.

21:45 “Tuluza” (Fransa) – “Benfika” (Portuqaliya) – 0:0

İlk oyun: 2:1.

23 fevral

00:00 “Sportinq” (Portuqaliya) – “Yanq Boyz” – 1:1

İlk oyun: 3:1

00:00 “Marsel” (Fransa) – “Şaxtar” (Ukrayna) – 3:1

İlk oyun: 2:2.

00:00 “Sparta Praqa” (Çexiya) – “Qalatasaray” (Türkiyə) – 4:1

İlk oyun: 3:2.

00:00 “Roma” (İtaliya) – “Feyenoord” (Niderland) – 1:1 (pen. 4:2)

İlk oyun: 1:1.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …